Videooyun və ya kompüter oyunu — televizor ekranı, virtual reallıq kaskası və ya kompüter monitoru kimi ikiölçülü və ya üçölçülü video displey cihazında əks əlaqə yaratmaq üçün istifadəçi interfeysi ilə qarşılıqlı əlaqədən ibarət elektron oyun. Videooyunlar 1980-ci illərdən bəri əyləncə sənayesinin mühüm bir hissəsinə çevriliblər. Onların incəsənət nümunəsi olması mübahisəli bir mövzudur.
Videooyunları oynamaq üçün istifadə olunan elektron sistemlər platformalar adlanır. Videooyunlar bir və ya bir neçə platformalar üçün hazırlanır və satışa çıxarılır. Böyük, xüsusən jetonla fəaliyyət göstərən bir şassisə nümayiş etdirən arkada sistemi kimi xüsusiləşdirilmiş platformalar 1980-ci illərdə məşhur idilər, ancaq onların populyarlığı tədricən azalmış, onların yerini daha münasib platformalar almışdır. Bu platformalara videooyun konsolları kimi videooyunlara həsr olunmuş cihazlar, eləcə də noutbuk və stolüstü kompüter kimi ümumi məqsədli kompüterlər daxildir
Videooyunlar üçün istifadə edilən giriş cihazi – kontroller platformalarında asılı olaraq fərqli olurlar. Ümumişlək kontrollerlərə geympadlar, coystiklər, siçanlar, klaviaturalar, mobil cihazlardakı taçskrinlər, hətta insan bədəni ("Kinect" sensoru vasitəsilə) daxildir. Oyunçular videooyuna televizor və ya kompüter ekranı kimi displey cihazında baxa bilərlər. Videooyunlarda adətən səsucaldanlardan və ya qulaqlıqlardan çıxan səs effektləri, musiqi və səs aktyoru dialoqları olur. 2000-ci illərdə satışa çıxarılan bəzi videooyunlarda lamisə, vibrasiya effektləri və virtual reallıq kaskaları var idi.
2010-cu illərdə videooyunların kommersial əhəmiyyəti gün getdikcə artır. İnkişaf edən Asiya və smartfonlardakı mobil oyunlar bazarı sənayenin mühüm bir parçasına çevriliblər. 2015-ci ildə əldə edilən məlumatlara əsasən, videooyunlar beynəlxalq səviyyədə 74.000.000.000 ABŞ dolları gəlir əldə ediblər və ABŞ əyləncə bazarının üçüncü ən böyük hissəsi olublar.
Edge (azərb. Kənar) — "Mobigame" tərəfindən iOS qurğuları üçün hazırlanan və nəşr olunan pazl video oyunu. Oyunçuya verilən tapşırıq diyirlənən bir kubu labirintəbənzər səviyyələrdən keçirmək və hədəfə çatmaqdır. İlkin olaraq, 2008-ci ilin dekabr ayında "App Store" virtual mağazasında satışa çıxarılan oyun bir neçə dəfə oradan silinib və ora yenidən yerləşdirilib. Buna səbəb "Edge Games" studiyasının qurucusu Tim Lanqdellin oyunun başlığının "Edge" olması barədə müəllif hüququları pozuntusu üzrə olan şikayətləridir. Bu oyunun qısa bir müddət "Edge by Mobigame" və "Edgy", daha sonra 2010-cu ilin yanvar ayında "App Store" virtual mağazasına orijinal adıyla qayıtmasına gətirib-çıxarmışdır. Oyun sonralar müxtəlif platformalarda buraxılmışdır. Onlar – mobil telefonlar, PlayStation Portable, Windows, Mac OS X, Linux, Android, Wii U və Nintendo 3DS.
Doqmit (ing. Dogmeat) və ya it — postapokaliptik mövzulu rol video oyunlarından ibarət "Fallout" seriyasında it qeyri-oyunçu personaj (NPC). Doqmit ilk dəfə orijinal "Fallout" (1997) video oyununda oyun personaj üçün qeyri-məcburi bir yoldaş kimi təqdim edilmiş, daha sonradan oyunun sikveli olan "Fallout 2" (1998) və başqa video oyunlarda kameo etmişdir. Doqmitin eyni rolu canlandıran başqa versiyaları "Fallout 3" (2008) və "Fallout 4" (2015) video oyunlarından mövcuddur. Personajın bütün inkarnasiyaları müsbət reaksiyaya səbəb olmuş və seriyanın ən yaddan qalan hissələrindən biri olaraq qəbul edilmiş, eləcə də video oyun sahəsindəki ən populyar saydkiklərdən biri hesab edilmişdir.
Vikisitatda video oyunlar | Vikikitabda video oyunlar | Vikimənbədə video oyunlar | Vikilüğətdə video oyunlar | Vikianbarda video oyunlar |
Sitatlar | Kitabçalar & Mətnlər | Mətnlər | İzahlar | Şəkillər & Media |
![]() |
![]() |
![]() |
![]() |
![]() |