II Portuqaliya mirası uğrunda müharibə (port. Crise de sucessão de 1580) — Portuqaliya kralı I Sebastyan və xələfi kardinal-kral I Henrinin geridə varis qoymadan vəfat etməsi nəticəsində Portuqaliya taxtında yaranmış siyasi böhran. Bu böhran nəticəsində İspaniya kralı II Filipp Portuqaliya taxtında iddia irəli sürərək ölkəni işğal etmiş və nəticədə 60 il davam edən İberiya İttifaqı (1580–1640) dövrü başlamışdır. Portuqaliya bu dövrdə formal olaraq müstəqil qalsa da, real hakimiyyət İspaniyanın əlinə keçmişdir.
Portuqaliya kralı I Sebastyan 1578-ci ildə Mərakeşdə keçirilən Əl-Kəsər əl-Kibir döyüşündə varis qoymadan həlak olmuşdur. Onun ardınca taxta çıxan böyük əmisi, din xadimi olan Kardinal Henrik də 1580-ci ildə varissiz vəfat etmişdir. Beləliklə, Portuqaliya taxtı boş qalaraq ölkədə siyasi qeyri-müəyyənliyə səbəb olmuşdur.
Onun ölümündən sonra Avropanın 4 tərəfindən Portuqaliya taxtı üçün namizədlər öz taxt iddialarını irəli sürdülər.
Namizədlər arasından Parma hersoqu I Ranuççio və Savoyya hersoqu Emmanuil Filibertin taxt iddiası çox az dəstəkləndi. Belə ki, onlar I Manuelin qız soyundan gəlirdilər. Bir digər namizəd olan Braqanza hersoginyası Yekaterina isə I Manuelin oğul soyundan gəlsə də, bir xanım idi və siyasi gücü zəif idi. Xalq və saray tərəfindən dəstəklənən Antonio isə İnfant Lüdovikin nigahdan kənar övladı olması baxımından taxt iddiası şübhəli idi. Buna baxmayaraq, xalq arasındakı populyarlığından istifadə edərək 24 iyul 1580-ci ildə özünü Portuqaliya kralı elan etdi.
Ancaq ən güclü rəqibi olan İspaniya kralı II Filipp bunu qəbul etmədi və ölkəyə ordu yürütdü. 25 avqustda tərəflər qarşı-qarşıya gəldi. Alkantra döyüşündə qalib gəldi və I Filipp adıyla Portuqaliya taxtına çıxdı. Bu hadisədən sonra Portuqaliya və İspaniya eyni monarxın idarəsi altında birləşdi. Bu dövr tarixdə İberiya İttifaqı (və ya İki Tac dövrü) kimi tanınır. Portuqaliya formal olaraq müstəqil krallıq kimi qalsa da, real siyasi qərarlar və iqtisadi istiqamətlər İspaniya kralının nəzarətində idi.