. Love.az

Portuqaliyali Beatrisa Kastiliya Kralicasi - Wikipedia - Love.az

Ana Səhifə - Portuqaliyali Beatrisa Kastiliya Kralicasi

Portuqaliyalı Beatrisa (port. Beatriz de Portugal; fevral 1373, Koimbra, Portuqaliya krallığı – 1409[1]) — Portuqaliya kralı I Ferdinandın qızı və yeganə varisi, Kastiliya kraliçası. 1383-1385-ci illər Portuqaliya taxt böhranında əsas siyasi fiqurlardan biri olmuşdur.

Portuqaliyalı Beatrisa
Kastiliya kraliçası
17 may 1383 – 9 oktyabr 1390
Portuqaliya kraliçası (mübahisəli)
22 oktyabr 1383 – 15 oktyabr 1385
Şəxsi məlumatlar
Doğum tarixi fevral 1373
Doğum yeri
  • Koimbra, Portuqaliya krallığı
Vəfat tarixi 1409[1]
Fəaliyyəti monarx
Atası I Ferdinand
Həyat yoldaşı
  • I Con (Kastiliya kralı) (1383–)[2]
Dini katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1373-cü ildə Koimbrada dünyaya gəldi. Atası kral I Ferdinand idi və o, Portuqaliya taxtının tək qanuni varisi sayılırdı. Uşaqlıq illərində siyasi evlilik planlarının mərkəzində olmuşdur. Bu səbəblə, hələ 10 yaşında ikən, 1383-cü ildə 25 yaşlı Kastiliya kralı I Xuanla evləndirildi. Ancaq elə həmin ilin oktyabrında atası vəfat etdi. Geridə oğul varisi qoymadığı üçün bütün taxt-tacını yeganə qızı Beatrisaya və onun ərinə miras qoymuşdu. Bu isə xalq tərəfindən Portuqaliyanın Kastiliyanın tərkibinə keçməsi təhlükəsi kimi qəbul edildi və xalq üsyanlarıyla nəticələndi. Meydana çıxan vətəndaş müharibəsinin sonunda Avis sülaləsindən I Juan 1385-ci ildə Korteslər birliyi tərəfindən Portuqaliya kralı seçildi.

Qalan illərini Kastiliyada yaşayan Beatrisa ömrünün sonunadək Portuqaliya kraliçası ünvanını daşısa da, onun bu ünvanı heç kim tərəfindən tanınmadı. Kastiliya kralı I Xuanla olan evliliyindən övladı olmadı və ərinin 1490-cı ildə ölümündən sonra saraydan uzaq həyat yaşadı.

Mənbə

redaktə

Ədəbiyyat

redaktə
  • Williamson, David. Debrett's Kings and Queens of Europe. Exeter: Webb & Bower. 1988. ISBN 0-86350-194-X.
  • Campos, Isabel Maria Garcia de Pina N. Baleiras S. Leonor Teles, uma mulher de poder? (PDF) (portuguese). 1. Universidade de Lisboa. 2008.
  • Gebhardt, Víctor. Historia general de España y de sus Indias desde los tiempos más remotos hasta nuestros días (spanish). 4. Librería Española. 1864. OCLC 221636772.
  • Livermore, H.V. A History of Portugal (english). Cambridge University Press. 1947. səh. 171. OCLC 1368719.
  • O'Callaghan, Joseph F. A history of medieval Spain (english). Cornell University Press. 1983. ISBN 9780801492648.
  • Olivera Serrano, César. Beatriz de Portugal. La pugna dinástica Avís-Trastámara (PDF) (english). CSIC. 2005. ISBN 9788400083434.
  • Schäffer, Heinrich. Histoire de Portugal: depuis sa séparation de la Castille jusqu'à nos jours (french). 1. Parent-Desbarres. 1840. OCLC 459014425.
  • Stephens, H. Morse. Portugal: A History (english). Forgotten Books. 1891. ISBN 9781440083563.
  • Suárez Fernández, Luis. Historia de España antigua y media (spanish). 1. Ediciones Rialp. 1976. ISBN 9788432118821.
  • Suárez Fernández, Luis. Los Trastámara y la Unidad Española (spanish). Ediciones Rialp. 1981. ISBN 9788432121005.

İstinadlar

redaktə
  1. ↑ 1 2 https://www.enciclopedia.cat/ec-gec-0008494.xml. ISBN 84-3204-240-4
  2. ↑ 1 2 Kindred Britain.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Portuqaliyalı_Beatrisa_(Kastiliya_kraliçası)&oldid=8154498"
LOVE.AZ