Portuqaliyalı Yekaterina (port. Catarina de Portugal; 18 yanvar 1540, Lissabon – 15 noyabr 1614[1]) — Portuqaliya kralı I Manuelin nəvəsi, Braqanza hersoginyası. Portuqaliya taxtı uğrunda mübarizədə (1580) haqq iddia edən yeganə qadın idi.
Portuqaliyalı Yekaterina | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 yanvar 1540 |
Doğum yeri | |
Vəfat tarixi | 15 noyabr 1614(1614-11-15)[1] (74 yaşında) |
Atası | Infante Edward, 4th Duke of Guimarães |
Uşaqları | |
Ailəsi | Avis sülaləsi |
![]() |
1540-cı ildə Avis sülaləsinə mənsub zadəgan bir ailədə doğulmuşdur. Atası İnfant Duarte I Manuelin oğlu, anası Braqanzalı İzabella isə I Duartenin kötücəsi idi. 6 dekabr 1563-cü ildə Braqanza hersoqu I Juanla evləndirildi. Cütlüyün bu nigahdan 9 övladı dünyaya gəldi.
Portuqaliya kralı I Sebastyan 1578-ci ildə Mərakeşdə keçirilən Əl-Kəsər əl-Kibir döyüşündə varis qoymadan həlak olmuşdur. Onun ardınca taxta çıxan böyük əmisi, din xadimi olan Kardinal Henrik də 1580-ci ildə varissiz vəfat etmişdir. Beləliklə, Portuqaliya taxtı boş qalaraq ölkədə siyasi qeyri-müəyyənliyə səbəb olmuşdur.
Onun ölümündən sonra Avropanın 4 tərəfindən Portuqaliya taxtı üçün namizədlər öz taxt iddialarını irəli sürdülər. Namizədlər arasından Parma hersoqu I Ranuççio və Savoyya hersoqu Emmanuil Filibertin taxt iddiası çox az dəstəkləndi. Belə ki, onlar I Manuelin qız soyundan gəlirdilər. Bir digər namizəd olan Braqanza hersoginyası Yekaterina isə I Manuelin oğul soyundan gəlsə də, bir xanım idi və siyasi gücü zəif idi. Xalq və saray tərəfindən dəstəklənən Antonio isə İnfant Lüdovikin nigahdan kənar övladı olması baxımından taxt iddiası şübhəli idi. Buna baxmayaraq, xalq arasındakı populyarlığından istifadə edərək 24 iyul 1580-ci ildə özünü Portuqaliya kralı elan etdi.