Potsdam konfransı (ing. Potsdam Conference, rus. Потсдамская конференция) – 17 iyul–2 avqust 1945-ci ildə Almaniyanın Potsdam şəhərində keçirilmiş İkinci Dünya müharibəsinə dair konfrans.
Potsdam konfransı | |
---|---|
ing. Potsdam Conference | |
![]() "Böyük üçlüyün" görüşü. Klement Ettli, Harri Trumen, İosif Stalin. | |
Keçirilmə tarixi | 17 iyul— 2 avqust 1945-ci il |
Keçirildiyi yer |
![]() |
İştirakçılar |
![]() ![]() ![]() |
Nəticələr | Bəyannamə və Razılaşma |
Ardıcıllıq | |
![]() |
1945-ci ilin iyulun 17-dən avqustun 2dək Berlin yaxınlığında yerləşən Potsdamda "böyük üçlüyün" növbəti görüşü keçirildi. SSRİ-dən İosif Stalin, Böyük Britaniyadan Klement Ettli, ABŞ-dən Harri Trumen bu konfransda iştirak edirdi. Konfransın əsas məqsədi Almaniyaya münasibətdə müttəfiqlərin siyasətini müəyyənləşdirmək idi. Almaniya ərazisi SSRİ, Böyük Britaniya, ABŞ və Fransa işğal zonalarına bölündü. Ələ keçmiş faşist rəhbərləri beynəlxalq tribunala verildi. Ölkənin paytaxtı Berlin də 4 zonaya bölündü. Konfransda Almaniyanın dövlət sərhədləri müəyyənləşdirildi. Almaniya öz ərazisinin 4/1-ni itirdi. Almaniyadan alınacaq təzminatın miqdarı 20 milyard $ müəyyən edildi. Onun 50%-i SSRİ-yə çatmalı idi.
Vikianbarda Potsdam konfransı ilə əlaqəli mediafayllar var. |