. Love.az

Privolnoye Celilabad - Wikipedia - Love.az

Ana Səhifə - Privolnoye Celilabad
Bu adın digər istifadə formaları üçün bax: Privolnoye.

Privolnoye — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Privolnoye kənd inzibati ərazi dairəsində kənd.[1]

Privolnoye
39°07′44″ şm. e. 48°32′14″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Cəlilabad rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 42 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 4.484 nəfər
Xəritəni göstər/gizlə
Privolnoye xəritədə
Privolnoye
Privolnoye

Mündəricat

  • 1 Tarixi
  • 2 Toponimikası
  • 3 Əhalisi
  • 4 İqtisadiyyatı
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər
  • 7 İstinadlar

Tarixi

redaktə

Privolnoe kəndinin əsası 1839-cu ildə buraya çar hökuməti tərəfindən sürgün olunmuş kəndlilər tərəfindən qoyulub. Bunlar iudaizm dininə tapınan milliyətcə ruslar idi, subbotniklər adlanırdılar. Kəndə 1958-ci ildə su xətti, 1961-ci ildə su xətti, 1980-ci ildə isə qaz xətti çəkilmişdir. Kəndin əhalisinin əsas məşğuliyyəti üzümçülük, çiyələk, kartofculuq, maldarlıq və şərabçılıq idi. Lakin 1980-ci illərin ortalarında SSRİ-də aparılan antialkoqol siyasəti çərçivəsində buradakı üzümlüklərin əksəriyyəti məhv edildi. Nəticədə kəndin əhalisinin böyük hissəsi özünün əsas məşğuliyyətindən məhrum oldu, bir çoxları işsizlik ucbatından kəndi tərk etməyə başladı. SSRİ-nin dağılması nəticəsində yaranmış iqtisadi böhran illərində kəndin demək olar ki, bütün əhalisi Rusiya, ABŞ, İsrail və Almaniyaya köçdü, onların yerinə isə kənddə azərbaycanlılar məskunlaşdı. Hal-hazırda kəndin azərbaycanlı əhalisinin sayı 5500 nəfərdən çoxdur, rusların sayı isə təxminən 80 nəfərdir, onların əksəriyyəti də köç edə bilməyən yaşlı insanlardır.[mənbə göstərilməlidir]

Toponimikası

redaktə

Dağatəyi arazidədir. Yaşayış məntəqəsi çarizmin ucqarlara köçürmə siyasəti nəticəsində Rusiyanın mərkəzi quberniyalanndan köçüb gəlmiş ailələrin 1839-cu ildə burada məskunlaşması nəticəsində yaranmışdır. Privolnoye rus. "azad, sərbəst” dəməkdir.[2]

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 4484 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

redaktə

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax

redaktə
  • Cəlilabad rayonu

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
  • Privolnoe kəndinin saytı Arxivləşdirilib 2013-11-26 at the Wayback Machine

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Cəlilabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Privolnoye_(Cəlilabad)&oldid=8046845"
LOVE.AZ