. Love.az

Prussiyali Marqarita Finlandiya Kralicasi - Wikipedia - Love.az

Ana Səhifə - Prussiyali Marqarita Finlandiya Kralicasi

Prussiyalı Marqarita (alm. Margarethe Beatrice Feodora‎; 22 aprel 1872[1], Potsdam, Prussiya[2] – 22 yanvar 1954[1]) — Almaniya imperatoru III Fridrixin qızı, Finlandiya kraliçası.

Prussiyalı Marqarita
alm. Margarethe von Preußen‎
fin Margaret Preussin
Finlandiya kraliçası
9 oktyabr 1918 – 14 dekabr 1918
Şəxsi məlumatlar
Doğum tarixi 22 aprel 1872(1872-04-22)[1]
Doğum yeri
  • Potsdam, Brendenburq əyaləti[d], Prussiya, Almaniya imperiyası[2]
Vəfat tarixi 22 yanvar 1954(1954-01-22)[1] (81 yaşında)
Partiya
  • Alman Nasional Sosialist Fəhlə Partiyası
Fəaliyyəti consort[d]
Atası III Fridrix
Anası Viktoriya (Almaniya imperatriçası)
Həyat yoldaşı
  • Fridrix Karl (1893–1940)
Ailəsi Hohensollernlər
Dini lüteranlıq
Təltifləri Order of Louise (Prussiya)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anası Kraliça Viktoriyanın ən böyük qızı Şahzadə Viktoriya, atası isə Almaniya imperatoru və Prussiya kralı I Vilhelmin oğlu Şahzadə Fridrix idi. 25 yanvar 1893-cü ildə Hesseli Fridrix Karlla evləndi. Ərinin Finlandiya parlamenti tərəfindən kral seçilməsinin ardından qısa müddət Finlandiya kraliçası olsa da, cəmi 2 ay sonra əri Hesseli Fridrix Karl taxtdan imtina etdi. 1926-cı ildə Hesse landqrafı ünvanı alan cütlüyün bu nigahdan 6 oğlu doğulsa da, bunlar üçünü müharibə meydanlarında itirdilər.

Mündəricat

  • 1 Övladları
  • 2 Qalereya
  • 3 Mənbə
  • 4 İstinadlar

Övladları

redaktə
  • Fridrix Vilhelm (24 noyabr 1893 – 12 sentyabr 1916)
  • Maksimilyan (20 oktyabr 1894 – 13 oktyabr 1914)
  • Filipp (6 noyabr 1896 – 25 oktyabr 1980)
  • Volfqanq (6 noyabr 1896 – 12 iyul 1989)
  • Riçard Vilhelm Leopold (14 may 1901 – 11 fevral 1969)
  • Kristof (14 may 1901 – 7 oktyabr 1943)

Qalereya

redaktə
  • Əri Hesseli Fridrix Karlla birlikdə, 1892-ci il
    Əri Hesseli Fridrix Karlla birlikdə, 1892-ci il
  • Toy mərasimini təsvir edən rəsm, 1893-cü il
    Toy mərasimini təsvir edən rəsm, 1893-cü il
  • Uşaqlı illəri, 1880-cı il
    Uşaqlı illəri, 1880-cı il

Mənbə

redaktə
  • Henri van Oene, Genealogy of the Royal Family of Prussia, 13 May 1998, 18 September 2011 <Genealogy of the Royal Family of Prussia>.
  • Pakula, Hannah, An Uncommon Woman, Simon & Schuster, New York, 1995, ISBN 0-684-84216-5
  • Petropoulos, Jonathan, Royals and the Reich, Oxford University Press, New York, 2006, ISBN 0-19-516133-5
  • Van der Kiste, John, The Prussian Princesses: Sisters of Kaiser Wilhelm II, Fonthill, 2014

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Lundy D. R. Margarete Beatrice Feodora Prinzessin von Preußen // The Peerage (ing.).
  2. ↑ 1 2 Deutsche Nationalbibliothek Record #1031962794 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Prussiyalı_Marqarita_(Finlandiya_kraliçası)&oldid=7798304"
LOVE.AZ