Pyaozero gölü[1] (Puvоzero) (fin Pääjärvi) — Kareliya Respublikasının Louxski rayonu ərazisində yerləşən iri şirinsulu göl.
Pyaozero gölü | |
---|---|
rus. Пяозеро, fin Pääjärvi | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 109 m |
Eni | 30 km |
Uzunluğu | 77 km |
Sahil uzunluğu | 256,0 km |
Sahəsi | 659 km² |
Həcmi | 10,1 hm³ |
Dərin yeri | 49 m |
Orta dərinliyi | 15,4 m |
Şəffaflığı | 4,0—6,5 m |
Yerləşməsi | |
66°04′18″ şm. e. 31°02′01″ ş. u.HGYO | |
Ölkə |
![]() |
![]() |
Kum suanbarının bir hissəsini təşkil edir. Hazırkı gölün ərazisi 1966-cı ildə Kum çayının qaşısına atılan bənd sayəsində formalaşmışdır. Bənd sayəsində suyun səviyyəsi 9 metrə çatır. Suanbarının inşası zamanı bor necə kəndin əhalisi köçürümüşdür.
Topozero gölünə nisbətdə gölün orta dərinliyi çoxdur. Suyu yay ayları istidir. Dibi olduqca mürəkkəbdir. Əsasən lil suxurundan təşkil olunmuşdur. Sahilləri hündür olsa da əsasən daş və qumdan ibarətdir. Sahilləri əsasən meşələrlə örtülüdür. Cənubda sahil alçaq olub bataqlaşmış ərazilərdən ibarətdir. Göldə ümumilikdə 66 ada vardır. Onların ümumi sahəsi 96,1 km² təşkil edir. Ən iri adalarında (Voçkala, Maloşuari, Laydomuari, Talvişuari, Mayyaşuari, Lupçanqa) balıqçı dümərgələri vardır. Adaların əsas gəlir mənbəyi balıq məhsullarıdır. Bununla belə insanlar adalardan (Buoşkaloşuari) giləmeyvə tədarük edirlər. Gölün uzunluğu 77 km, eni 30 km, dəniz səviyyəsindən hündürlüyü 109 metrdir. Sahəsi 659 km², sahil xəttinin uzunluğu 256 km təşkil edir. Gölün maksimal dərinliyi 49 metr, orta dərinliyi 15,4 metr, suyun şəffaflığı 4 meyrdir.
Göldə Siq, Forel, Leş, Nalim kimi balıqlar yaşayır. Ən geniş yayılmış bitki qamışdır. Demək olar ki, bütün dayazlıqlar qamışlıqlarla örtülüdür.
Toponim fin məşəllidir. Pyaayarvi iki sözün birləşməsindən meydana gəlmişdir. Pyaa (fin pää) — baş və yarvi (fin järvi) — göl mənasını verir. Bu termin məna baxınından Karel dialekti ilə eynilik təşkil edir[2]. Bunulada Pyaayarvi, Pyozero baş göl və ya əsas göl mənasını verir.