Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Yer kürəsinin qütbləri iki yerə bölünür:Şimal qütb sahəsi-Arktika,Cənub qütb sahəsi isə-Antarktida adlanır.Hər iki sahə qütb qurşağı boyunca qalın buz qatları ilə örtülüdür.Əgər Şimal qütbündə buz qatının altı Şimal Buzlu okeanının sularından ibarətdirsə,Cənub qütbündə bütöv bir qitə-Antarktida tamamilə buzlarla örtülüdür
Şimal qütb sahəsi Avrasiya və Şimali Amerika materiklərinin şimal sərhədlərinin bir hissəsini,Şimal Buzlu okeanının,demək olar ki,bütünlüklə(Norveçin sahil adalarından başqa) ,eləcə də Atlantik və Sakit okeanların ən uzaq şimal sularının bir hissəsini əhatə edir.Ərazisi 27mln.kv.km-dir(bəzi yerlərdə 21mln.lv.km).
Cənub qütb sahəsi Antarktida materikini və eləcə də onunla həmsərhəd olan Ueddell,Ross,Amundsen,Belinshauzen və s. dənizlərlə birlikdə Atlantik,Hind və Sakit okeanların bir hissəsini əhatə edir.
Qütb sahələrində istər Arktika,istərsə də Antarktida da temperatur rejimi -30–50 °C arasında dəyişir.Bununla yanaşı,buzlaqların dəniz sahili zolaqlarında temperatur 0 °C-dən yuxarı qalxdıqda bəzi yerlərdə buz parçalanır və cərəyanlar onları açıq okeanlara aparır.