Qırmızı qurdeşənəyi[1] (lat. lupus erythematosus) — autoimmun xəstəliklərdən biri. Bu zaman insan immuniteti hiperaktiv olur və orqanizmin öz normal hüceyrə və toxumalarına hücum edir.
XBT-10 təsnifatı | ||
---|---|---|
M32.- | Sistemli qırmızı qurd eşənəyi | |
M32.0 | Dərmanların törətdiyi qırmızı qurd eşənəyi | |
M32.1+ | Orqanların və orqan sistemlərin cəlb olunması ilə gedən sistemli qırmızı qurd eşənəyi | |
M32.8 | Sistemli qırmızı qurd eşənəyin digər biçimləri | |
M32.9 | Sistemli qırmızı qurd eşənəyi, dəqiqləşdirilməmiş | |
L93.- | Qırmızı qurd eşənəyi | |
P00.8 | Ana bətnində gedən patoloji prosselər nəticəsində döl və yenidoğulmuş uşaqlarda qırmızı qurd eşənəyi | |
XBT-10 onlayn (ÜST — 2006-cı il versiyası) |
Latınca Lupus erythematosus ifadəsinin hərfi anlamı "qızartılı qurd" deməkdir. Hind-Avropa dillərində "lupus" sözünun açıqlaması yoxdur[2][3].
Latın dilində erythematosus (qızarmış) sözü yunan dilindən alınma erythemadan (qızartı) törəyib. Sonuncu isə erythainein (qızarmaq) felindən əmələ gəlib.
Qurd eşənəyinin spesifik səbəbləri yoxdur. Bəzi amillər təhrikedici ola bilər:
Kliniki baxımdan qurd eşənəyi bir neçə cür olur:
Qırmızı qurd eşənəyi istənilən orqanı zədələyə bilər. Heç də bütün xəstələrdə dəri zədələnmələri olmur. Bəzi xəstələrdə yalnız bir orqan sistemi patoloji prosesə cəlb oluna bilər: məsələn, yalnız psixoz və ya qlomerulonefrit şəklində özünü büruzə verən kliniki biçimdə. Digər xəstələrdə bütün orqan sistemləri zədələnə bilər: bəzən bu eyni vaxtda baş verə bilər, bəzənsə tədricən gedən proqres sonucu ola bilər.
İnkişaf etmiş ölkələrdə qurd eşənəyi xəstələri çox vaxt bir neçə tibbi uzman tərəfindən müayinə və müalicə olunur. Məsələn, diaqnostika mərhələsində dermatoveneroloq xəstəni revmatoloq ya da terapevtin yanına yollaya bilər. Bunu psixiatr, nevropatoloq, ginekoloq da edə bilər, xəstəliyin ilkin simptomlarından asılı olaraq.
Dəri formaları dərinin biopsiyası və qanda lupus-spesifik antibədənciklərin (əks-cisimlərin) səviyyəsini bəlirləmə nəticəsində qoyulur. Bu zaman daxili orqanların müayinəsi heç bir patoloji zədələnmə olmadığını göstərir.
Başqa autoimmun xəstəliklərdən ayırd olunmasını asanlaşdırmaqdan ötürü Amerikan Revmatoloji Kolleci 1982-ci ildə Sistemli qırmızı qurd eşənəyinin sinifləndirmə kriterlərini tərtib etdi [17]. Amerikan Revmatoloji kollecinin 11 meyarı:
11 kriterdən ən azı dördü müsbətdirsə, sistemli qırmızı qurd eşənəyindən danışmaq olar. Bunlar rəsmi olaraq sinifləndirmə kriterləri adlandırılsa da, Qərb uzmanları tərəfindən praktikada diaqnostika üçün də geniş istifadə olunur. Ancaq AKR meyarlarının bəzi nöqsanlarını bilmək çox önəmlidir:
Bədəndəki histamin nisbətinin yüksəlməsi allergiyaya səbəb olar. Histaminin tarazlaşdirmaq üçün histaminli və ya kortizonlu dərmanlar verilir. Antihistaminik və kortizonlu (kortikoidlər) dərmanların əlavə təsirləri çoxdu.
Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |