. Love.az

Qitqilida - Wikipedia - Love.az

Ana Səhifə - Qitqilida

Qıtqılıda — tarixi Azərbaycan qadın rəqslərindən biri. Melodiyası bir qədər "Nəlbəki" rəqsininkinə bənzəyir.

Qıtqılıda
Tempi Asta
Mənşəyi Azərbaycan
Yaranma tarixi ≈ 1860-1870

Mündəricat

  • 1 Tarixçə
  • 2 Özəllikləri
  • 3 Qıtqılıda bəstəkar musiqisində
  • 4 İstinadlar
  • 5 Video
  • 6 Həmçinin bax

Tarixçə

redaktə

Onun yaradıcısı və ilk ifaçısı ünlü qarmonçalan Teyyub Dəmirov olmuşdur. Məşhur qarmonçalan Qızxanım Dadaşovanın ifasında yadda qalıb.

Bu rəqs ilk dəfə 1937-ci ildə Səid Rüstəmov tərəfindən nota salınıb.[1]

Özəllikləri

redaktə

Qadın dəstəsi ilə ifa edilir. Qadınların məişət durumunu əks etdirən xalq yumoru, yreinə düşən məzəli hərəkətlərlə boldur. Qızlar bir-birinin ardınca səhnəyə çıxaraq öz rəqsləri ilə deyingən qaynananı, kələkbaz cavan qadını, gah da qız-gəlini təsvir edirlər. Bu rəqsin əsas xüsusiyyəti ağır və mülayim hərəkətlərin birdən birə cəld və coşğun hərəkətlərlə əvəz edilməsindədir. Həmçinin burcutma, əl və çırtıq çalma hərəkətlərindən, göz-qaş ilə incə mimikalardan də geniş istifadə olunur. Rəqs vaxtı ifaçıya istədiyi qədər sərbəst hərəkət etməyə imkan verilir.[2]

Qıtqılıda bəstəkar musiqisində

redaktə

Üzeyir Hacıbəyov bu rəqsi "O olmasın, bu olsun" operettasında (1911) Gülnazın toy səhnəsinə salıb.

İstinadlar

redaktə
  1. ↑ Elnarə Dadaşova. Azərbaycan xalq rəqslərinin not yazıları haqqında Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine. "Musiqi dünyası" jurnalı.
  2. ↑ Qəmər Almaszadə. Azərbaycan xalq rəqsləri (metodik vəsait) Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine. Bakı: "Birləşmiş nəşriyyat", 1959.

Video

redaktə
  • "O olmasın, bu olsun" filmi (1956) - Gülnazın toyunda Qıtqılıda rəqsi
  • "Azərbaycan xalq rəqsləri" verilişləri - Qıtqılıda

Həmçinin bax

redaktə
  • Nəlbəki (rəqs)
  • O olmasın, bu olsun (film, 1956)
  • Azərbaycan musiqisi
Rəqs haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.


Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qıtqılıda&oldid=6995837"
LOVE.AZ