Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Qızılağac kəndində döyüş — indiki Masallı rayonu ərazisində yerləşən Qızılağac kəndi ətrafında Talış xanı Mir Həsən xan ilə rus qüvvələri arasında baş vermiş döyüş.
Qızılağac kəndində döyüş | |||
---|---|---|---|
Tarix | 13 avqust 1826[1] | ||
Yeri | Qızılağac kəndi | ||
Nəticəsi | rusların məğlubiyyəti | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
İyulun sonları-Avqustun əvvəllərində rus hərbi dəstələri Kür çayının Salyan sahilindən keçmişdi. Ərkivan mahalının kəndlərini qarət edən rus dəstələri yürüş istiqamətlərini Lənkərana doğru çevirmişdilər. Xan çaparlar vasitəsilə bu xəbəri öyrəndi və 4-5 min atlı toplayıb Muğana doğru hərəkət etdi. Yolüstü Yeddioymaq və Hüseynhacılı əhalisindən 500 nəfərlik dəstə Mir Həsən xanın dəstəsinə qoşuldu. Bu dəstə əvvəlcədən ruslarla döyüşmüş və rus bayrağını ələ keçirməyə müvəffəq olmuşdu. Döyüş Qızılağac kəndi ətrafında baş verdi. Dörd dəstəyə ayrılan rus qoşunu dəstə-dəstə önə çıxır və tüfəng atırdı. Bir dəstə tüfəng atarkən digər dəstələr tüfənglərini doldururdular. Bunun nəticəsində talış qoşunu heç bir həmlə edə bilmədi. Tüfəng atmağın faydasız olduğunu görən Mir Həsən xan atlılara hücum etməyi əmr etdi. İki tərəf də hücuma keçdi. Talış atlıları döyüşdə üstün gəlməyə başladı. İtkilərin çox olduğunu görən ruslar Salyana doğru çəkildi. Lakin Mir Həsən xan onları təqib etdi və dəstənin çox hissəsini məhv etdi.[2]