Qızıldəmir, Qızıl Teymur — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd.[2][3] Mənbədə Qızıl Tamur kimidir. 1590-cı ildən mə'lumdur[4][5]. 1728-ci ilə aid mənbədə Qızıl Təmir kimidir[6][7].
Kənd | |
Qızıldəmir | |
---|---|
| |
40°16′33″ şm. e. 44°17′50″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Karbi mahalı |
Rayon | Əştərək rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.030 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Rayon mərkəzindən 3 km cənub-şərqdə yerləşir. Erməni mənbələrində Qızıltamur kimi qeyd edilir[8]. azərbaycandilli mənbələrdə səhv olaraq Qızıl Teymur kimi göstərilir[9]. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə[10] və 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə[11] Qızıldəmir kəndi formasında qeyd edilmişdir.
Toponim qırmızı mənasında işlənən qızıl (torpağın süxurunun rəngini ifadə edir) sözü ilə qədim türk dilində "arx" mənasında işlənən təmir[12] sözünün[13] birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib (erməni dilinə kalka edilib) Voskevaz (Qızıldəmir) qoyulmuşdur. XIX əsrin sonlarına aid ədəbiyyatda Qızıl Teymur kimi göstərilmişdir. "Dəmir (Teymur) adlı şəxsə mənsub qırmızı rəngli yer" mə'nasındadır.[14]
Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır[15]. 1828–30-cu illərdə kəndə İrandan ermənilər köçürülüb yerləşdirilmişdir[16]. Sonralar azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 120 nəfər azərbaycanlı yaşamışdır[17]. 1870-ci illərin əvvəllərində azərbaycanlılar deportasiya olunmuşdur. 1897-ci ildə burada 3 nəfər azərbaycanlı qalmışdır[18]. Onlar XX əsrin əvvəllərində deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.