. Love.az

Qizilqum Fk - Wikipedia - Love.az

Ana Səhifə - Qizilqum Fk

Qızılqum Zərəfşan FK (özb. Қизилқум Зарафшон футбол клуби or Qizilqum Zarafshon futbol klubi; ing. FC Qizilqum) — Zərəfşan şəhərini təmsil edən Özbəkistan futbol klubudur. Hal-hazırda klub Özbəkistanın əsas liqası olan Özbəkistan Liqasında mübarizə aparır. Klubun adı şəhərin yaxınlığında yerləşən Zərəfşan çayının adından götürülmüşdür. Qzılqum isə Özbəkcə Qırmızı qum mənasına gəlir ki, bu da yerli səhra ilə bağlıdır.

Qızılqum FK
Loqonun şəkli
Klubun tam adı Qizilqum Zarafshon
Ölkə Özbəkistan Özbəkistan
Yaranma tarixi 1967
Stadionu Yoşlar stadionu, Özbəkistan Navoi
Tutumu 12500
Baş məşqçisi Özbəkistan Yuriy Lukin
Liqa Özbəkistan peşəkar futbol liqası
2024 11
Rəsmi saytı

Mündəricat

  • 1 Tarixi
    • 1.1 Ad dəyişdirilməsi
  • 2 Stadion
  • 3 Liqa tarixi
  • 4 İndiki heyət
  • 5 Texniki heyət
  • 6 Uğurları
  • 7 Baş məşqçilər
  • 8 İstinadlar
  • 9 Xarici keçidlər

Tarixi

redaktə
 
2014-cü ilə qədər Qızılqum FK-ın loqosu

Qızılqum FK 1967-ci ildə Proqress adı altında yaradılmışdır. Klubun adı 1994-cü ildə Qızılqum kimi dəyişdirilsədə, 1995-ci ildə yenidən Proqress adı geri qaytarılmışdır. 1997-ci ildə klub yenidən Qızılqum adlandırıldı. Klub ilk dəfə 2000-ci ildə Özbəkistan Liqasında debüt etmişdir. İlk mövsümdə klub 11-ci yeri tutmuşdur. Bir il sonra, yəni 2001-ci il mövsümündə klub liqanı 6-cı yerdə başa vurdu. Nəhayət, 2002-ci il mövsümündə klub liqanı 3-cü yerdə başa vurdu. Kubokda isə klub güclü Neftçi Fərqanə FK klubuna yarımfinalda məğılub olaraq yarışı dayandırdı. Klub 2000-ci illərdə Özbəkistan Liqasında ən uğurlu vaxtlarını keçirmişdir.

Ad dəyişdirilməsi

redaktə
  • 1967—1994: Proqress
  • 1994—1995: Qızılqum
  • 1995—1997: Proqress
  • 1997: Qızılqum

Stadion

redaktə

Klub öz ev oyunlarını 5000 tamaşaçı tutumuna malik və Zərəfşan şəhəri ərazisində yerləşən Proqress stadionunda keçirirdi. 2013-cü ilin avqust ayında Proqress stadionu təmirə bağlandı. 2013-cü ilin avqust ayından 2014-cü ilin may ayına qədər klub öz ev oyunlarını Novai yaxınlığında yerləşən və 10000 tamaşaçı tutumuna malik Soqdiana stadionunda keçirməyə başladı. Soqdiana stadionunda həm də Yuzhanin FK öz ev oyunlarını keçirirdi. 2014-cü ilin may ayında Novai şəhərində yeni stadion tikilməyə başladı. Stadionun adı Yoşlar stadionu idi və klub artıq burada oynamağa başladı.[1]

Yoşlar stadionu Umid nihollari 2012 idman kompleksinin əsasında tikilmişdir və məktəblilər arasında keçirilən respublika idman oyunlarını qəbul edir. Təmir işlərindən sonra stadionda oturacaqların sayı 12500-ə çatdırılmış, 2011-ci ilin aprel ayından 2012-ci ilə qədər idman kompleksi fəaliyyət göstərmişdir. İdman kompleksində voleybol, həndbol, basketbol və digər idman növləri üçün 2 kort fəaliyyət göstərir. 2012-ci ildə Umid nihollari oyunlarının açılışı bu stadionda baş tutmuşdur. 2012-ci ilin noyabr ayında AFK stadionu A kateqoriyası ilə mükafatlandırmışdır. Birinci rəsmi oyun 3 may 2014-cü ildə keçirilmişdir. Həmin oyun Qızılqum ilə Dinamo Səmərqənd arasında baş tutmuşdur.[2]

Liqa tarixi

redaktə
İl Div. Möv. Kubok Bombardir (Liqa)
1992 1-ci L. 13 R32
1993 14 R32
1994 5
1995 5 R16
1996 3 PR Vitali Avanesov – 31
1997 4 PR
1998 7 R16
1999 3  
2000 ÖzL 11 R16
2001 6 1/4
2002 3 1/2
2003 5 R16
2004 11 1/4
İl Div. Möv. Kubok Bombardir (Liqa)
2005 ÖzL 7 R16
2006 6 R16
2007 7 R32
2008 14 R32
2009 10 1/4
2010 8 R16
2011 13 R16
2012 11 R16 Feruz Babakulov – 5
2013 12 1/4 Zafar Turaev – 5
Xurşid Yuldaşev – 5
2014 11 R16
2015 10 R32 Baxriddin Vaxobov – 21

İndiki heyət

redaktə

14 mart 2015-ci il məlumatlarına əsasən.[3] 4

Nömrə Ölkə Mövqeyi Futbolçu
1   GK Erkin Cabbarov
4   MF Alişer Sanayev
6   MF Farrux Xaydarov
7   MF Cəmşid Şoxnazarov
8   DF Akmal Rustamov
9   FW Vyaçeslav Şevçenko
10   FW Baxriddin Vaxobov
12   GK Dilşod Xamroyev
14   MF Feyzulla Kambarov
17   FW Feruz Babakulov
20   MF Qayrat Cumayev
21   DF Mirjalol Kurbanov
22   GK Artem Makosin
Nömrə Ölkə Mövqeyi Futbolçu
23   FW Şerali Curayev
24   DF Asqar Muxiddinov
25   FW Alişer Xoliqov
30   MF Ruslan Sanayev
33   MF Andrey Derkax
50   DF Giorgi Kvesieşvili
92   MF Azizbek Usmanov
  DF Laziz Abdullayev
  DF Nodir Şaxobiddinov
  MF Bobur İsgəndərov
  MF Sarvar Xolmatov
  FW Alişer Azizov
  FW Xurşid Yuldaşev

Texniki heyət

redaktə

2014-cü il fevral ayına əsasən.

Mövqe Ad
Baş məşqçi   Yuriy Lukin
Köməkçi məşqçi   Aleksey Evstafeyev
Köməkçi məşqçi   Vladimir Andreyev

Uğurları

redaktə
  • Özbəkistan Liqası 3-cü:
    • 2002

Baş məşqçilər

redaktə
  •   Rüstəm Zabirov (2008–2010)
  •   Sergey Arslanov (2008–2010), müvəqqəti
  •   Marat Kabayev (2011)
  •   Sergey Arslanov (2011), müvəqqəti
  •   Ravşan Xaydarov (Yanvar 2012– Aprel 2013 )
  •   Rüstəm Zabirov (Aprel 2013– İyul 2013)
  •   Yuriy Lukin (İyul 2013–)

İstinadlar

redaktə
  1. ↑ "Кызылкум": домашние матчи теперь в спортивном комплексе "Ёшлар" (Russian). 2014-04-18. 2014-04-19 tarixində arxivləşdirilib.
  2. ↑ "Qizilqum – Dinamo Samarkand, 2014-05-03". soccerway. 2016-04-09 tarixində arxivləşdirilib.
  3. ↑ "Uzbek League players list for 2014 season". pfl.uz (Russian). 2014-03-24. 2016-08-27 tarixində orijinalından arxivləşdirilib.

Xarici keçidlər

redaktə
  • FC Qizilqum Official Website Arxivləşdirilib 2016-03-28 at the Wayback Machine  (rus.)
  • Qizilqum Zarafshon – soccerway
  • Weltfussballarchiv Arxivləşdirilib 2012-12-19 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qızılqum_FK&oldid=7871468"
LOVE.AZ