. Love.az

Qizilquyruq Caxraqcil - Wikipedia - Love.az

Ana Səhifə - Qizilquyruq Caxraqcil

Qızılquyruq çaxraqcıl (lat. Oenanthe chrysopygia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çaxraqcıl cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.

Qızılquyruq çaxraqcıl
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Sinif:
Quşlar
İnfrasinif:
Yenidamaqlılar
Klad:
Neoaves
Klad:
Passerea
Klad:
Telluraves
Klad:
Australaves
Klad:
Eufalconimorphae
Klad:
Psittacopasserae
Dəstə:
Sərçəkimilər
Klad:
Eupasseres
Yarımdəstə:
Oxuyan sərçələr
İnfradəstə:
Passerida
Fəsiləüstü:
Muscicapoidea
Fəsilə:
Milçəkqapanlar
Yarımfəsilə:
Saxicolinae
Cins:
Çaxraqcıl
Növ:
Qızılquyruq çaxraqcıl
Beynəlxalq elmi adı
  • Oenanthe chrysopygia Filippo de Filippi, 1863[1][2][…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  916352
NCBI  391719

Mündəricat

  • 1 Təsviri
  • 2 Yayılması
  • 3 Həyat tərzi
  • 4 Sayı
  • 5 Azalma səbəbləri
  • 6 Qorunması üçün qəbul edilmiş tədbirlər
  • 7 Qorunması üçün məsləhət görülmüş tədbirlər
  • 8 İstinadlar
  • 9 Həmçinin bax

Təsviri

redaktə

Dağlıq ərazi növü olub, əsasən bozumtul rəngindədir. Qızılı-pas rəngli quyruq hissəsi və quyruq yelpiyində kürən rəng ilə ayırd edilir. Tacı və bel hissəsi tünd bozumtulqəhvəyi tondadır. Üzü və boğazı qaramtıl rəngdədir. Digər çaxraqcılların əksinə olaraq, qanadları açıq və ayaqları yellənən şəkildə havada az qala asılı qalır. Həyəcan siqnalı cingiltilidir. Növ siqnalı isə digər quş səslərinin təqlidindən uzaq, sadə formada təkrarlanan melodik islıq şəkilindədir.Nəğməsi əksınə digər quşların səslərinin təqlıdındən ibarətdir. Uçuş zamanı təxminən 10-15 m yüksəklikdən ötərək keçir

Yayılması

redaktə

Yuvalama arealı Şərqi Türkiyəni və həmsərhəd Cənubi Qafqaz ərazilərini, İran və Cənubi Türkmənistanı əhatə edir. Kipr və Liviyada təsadüfi qonaqdır. İsraildə, Suriyada və İordaniyada nadir hallarda köç vaxtı rast gəlinir. Qışlama Yəməndə, Səudiyyə Ərəbistanında, şimal-şərqi Afrikada Qırmızı dəniz boyu ərazilərdə keçır. Azərbaycanda Naxçıcan Muxtar Respublikasının Culfa və Ordubad rayonunun bütün yüksəkliklərində tək-tək rast gəlinir. Azərbaycanın Zəngilan və Cəbrayıl rayonlarının ərazisindədə rast gəlinməsi ehtimal olunur.

Həyat tərzi

redaktə

Quru, çöl iqlimli və yüksək kolluqlu ovalar ilə əsasən dağlıq bölgələri seçir. Bozqır və çılpaq qayalıqlardakı oyuq, çat kimi uyğun yerləri seçir. Qışda isə nadir olaraq səhra xüsusiyyətləri olan sahələri seçir, ancaq istifadə etdiyi yuvalar yalçın qayalıqlar və quraq ərazilərdəki kolluqlardadır. Əsasən, oturaraq vəziyyətdə cücülərlə qidalanır. Quru torpağı qazıb, qarışdıraraq böcək və s. sürfələri tutur. Bitki üzərindən qapdığı böcək sürfəsini dimdiyi ilə torpağa vuraraq əzir və udur. Çoxalma dövrləri xaricində ümumiyyətlə tək yaşayır. Köç zamanı qısa müddətli istifadə edilən ərazi erkək tərəfindən digər növlərə qarşı müdafiə olunur. Yuvaqurma sahələri qonşularıyla iç-içə keçəcək bir xarakterdədir. Qışladığı sahələrdə oktyabrdan fevral və ya martın ortalarına qədər müşahidə olunur.

Sayı

redaktə

Dünya üzrə sayı haqqında məlumat yoxdur. Ancaq Avropada 2,100 - 7,000 cüt olduğu təxmin edilir. Sayları olduqca az olmaq üzrə Azərbaycan o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində rastgəlmə tezliyindən asılı olaraq bizim tərəfdən 80-500 cüt olduğu qiymətləndirilir.

Azalma səbəbləri

redaktə

Davamsız otarma nəticəsində kolluqların yeni pöhrələrinin məhv edilməsi, kolluqların qırılması, yandırılması və qayalıqların deqradasiyası səbəb ola bilər

Qorunması üçün qəbul edilmiş tədbirlər

redaktə

Yaşayış ərazilərindən bəzi yerlərin, Qoruq, Milli Park və Yasaqlığın tərkibində olması mühafizəsinə kömək edir, Avropa mühafizə statusuna (VU), Bonn və Bern konvensiyalarına daxil edilmişdir

Qorunması üçün məsləhət görülmüş tədbirlər

redaktə

Növün yaşadığı ərazilərdə otarmanın məhdudlaşdırılması, kolluqların bərpası və qayalıqların deqradasiyasının azaldılması mühafizəyə kömək edə bilər.

İstinadlar

redaktə
  1. ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  2. ↑ World Bird List (ing.): IOC World Bird List. 6.4 IOU, 2016. doi:10.14344/IOC.ML.6.4

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qızılquyruq_çaxraqcıl&oldid=6927378"
LOVE.AZ