. Love.az

Qizqala Dag - Wikipedia - Love.az

Ana Səhifə - Qizqala Dag
Bu adın digər istifadə formaları üçün bax: Qızqala.

Qızqala — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində dağ adı.

Qızqala
Yerləşməsi
Ölkə  Azərbaycan

Toponomik izahı

redaktə

Qarabağ sıra dağları silsiləsində zirvələrdən birinin adı (2480 m). Azərbaycanda və Ermənistanda bir neçə “Qızqala“ və “Qızqalası“ adlı qalalar vardı. XIX əsrə aid məlumatlarında Cənubi Qafqazda 6 Qızqala, 7 Qızqalası toponimi vardı. Bu qalalar keçmişdə hökmdarların və hakimlərin xarici təhlükə baş verdikdə arvad, ana, bacı və qız- gəlinlərin düşmən əlinə keçməməsi üçün sığınacaq yerləri idi. Qadınların düşmən əlinə keçməsi hökmdar üçün böyük rüsvayçılıq sayılırdı. “Qızqala“ və “Qızqalası“nın mənaca "alınmazlıq", "fəth olunmazlıq", "Bakirəlik" deməkdir. Bəzi tədqiqatçıların “Qızqalalarının“ “Avesta“ da Anahid su ilahəsinin şərəfinə tikilməsi fikri həqiqətə uyğundur. “Avesta“dakı Anahid ilahə adının (farslarda VI əsrdə Anahid Dan Ulduzu, yəni Venera idi) özü qədim türk dillərində ana (ənə) və hıt (sıt) müqəddəs (günəş işığı) sözlərindən ibarətdir. Azərbaycanda olan bütün qalalar dəniz və çay kənarlarında tikilmişdir.[1]

İstinadlar

redaktə
  1. ↑ B.Budaqov, Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı-2005
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qızqala_(dağ)&oldid=6088657"
LOVE.AZ