. Love.az

Qeseng Sigirquyrugu - Wikipedia - Love.az

Ana Səhifə - Qeseng Sigirquyrugu

Qəşəng sığırquyruğu (lat. Verbascum formosum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü.

Qəşəng sığırquyruğu
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Lamidlər
Dəstə:
Dalamazçiçəklilər
Fəsilə:
Qaraşəngikimilər
Triba:
Scrophularieae
Cins:
Sığırquyruğu
Növ:
Qəşəng sığırquyruğu
Beynəlxalq elmi adı
  • Verbascum formosum Schrank
Vikianbarın loqotipi
Şəkil
axtarışı

Mündəricat

  • 1 Botaniki xarakteristikası
  • 2 Azərbaycanda yayılması
  • 3 Yaşayış mühiti
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Botaniki xarakteristikası

redaktə

Hündürlüyü 35–80 sm olan, gövdəsi düz, silindrik, yarpaqla örtülmüş, əvvəlcə boz keçə tüklü, daha sonar isə çılpaq, tünd-qonur rəngli, sadə, seyrək budaqlı ikiillik, boz və ya ağımtıl yun kimi keçə tüklü bitkidir. Kökətrafı və aşağı yarpaqları yarpaq ayasından qısa olan saplaq üzərindədir, yumurtaşəkilli və ya yumurtaşəkilli-uzunsov, kütdür, qaidə hissədə azacıq ürəkşəkilli və ya demək olar ki, kütdür, kənarları iri dairəvi-dişli və ya az lələkvari bölümlü və ya aşağı yarısında bir neçə bölümlüdür, yarpaq ayasının qaidə hissəsinin aşağısı, bəzən yan hissədən 1–2 ədəd kiçik sərbəst enli dilimlidir; sonrakı yarpaqlar qısa saplaqlı və ya oturaqdır, yumurtaşəkilliuzunsov, elliptik və ya yumurtaşəkillidir, sivritəhər, sivri və ya qəfil sivriləşəndir, kənarları xırda dişlidir. Çiçəkləri çiçəkaltlığı yarpaqlarının qoltuğunda yerləşmiş, təkdir, oturaqdır, sıx, ağ və ya boz keçə tüklü düz sünbül əmələ gətirir. Tac sünbülşəkillidir, diametri 30–60 mm-dir, aşağı hissədə parlaq, qarabənövşəyi, qalanı isə sarı rəngdədir, çiçəkləmədən sonra uzun müddət qalandır, xaricdən keçə tüklü, daxildən isə çılpaqdır. Qutucuq şarşəkillidir, qısa sivri ucludur, uzunluğu 7–8 mm-dir, sıx keçə tüklüdür. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında emeyvə verir.

Azərbaycanda yayılması

redaktə

BQ (Quba), Xəzəryanı, (Beşbarmaq), BQ şərq, BQ qərb, Kür düz. Ovalıqdan orta dağ qurşağına qədər, əsasən aşağı dağ qurşağında.

Yaşayış mühiti

redaktə

Quru daşlı, gilli və qayalı yamaclarda, töküntü yerlərdə, yovşanlıqda, ardıc seyrək meşəliyində, kolluqlarda, bəzən əkin sahələrinin kənarlarında, bağ və üzümlüklərdə rast gəlinir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qəşəng_sığırquyruğu&oldid=7466098"
LOVE.AZ