. Love.az

Qebristan Mahali - Wikipedia - Love.az

Ana Səhifə - Qebristan Mahali

Qəbiristan mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.

Mahal
Qəbristan mahalı
Daxildir Şirvan bəylərbəyliyi
Şirvan xanlığı
Naib Məlik Baxış
Əhalisi
Əhalisi 1172 ailə nəfər
Şirvan xanlığının mahalları. 18-ci əsrin sonu
Şirvan xanlığının mahalları. 18-ci əsrin sonu

Mahalın adı çox güman ki "məzarlıq" mənasındakı "qəbristan / qəbiristan" sözüylə əlaqəli deyil - adın kökündə "gəbr"[1] sözü durur ki, əvvəllər, ilkin olaraq "atəşpərəst", daha sonralar isə "qeyri-müsəlman", həmçinin "kafir" mənalarını qazanmışdır. Azərbaycan dilindəki "gavur"[2] sözü də elə həmin "gəbr" sözündən qaynaqlanır.

Vaxtilə Orta Şərqin müsəlman əhalisi arasında həmin qeyri-müsəlman əhalinin yığcam şəkildə, müsəlmanlardan nisbətən aralıda yaşadıqları yerlər üçün "gəbristan" adı istifadə edilirdi. [3]Fərziyyə etmək olar ki, ola bilsin elə Qobustan adı da əslində bu ifadədən yaranıb.

Mündəricat

  • 1 Tarixi
  • 2 Əhalisi
  • 3 İqtisadiyyatı
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər
  • 6 Həmçinin bax

Tarixi

redaktə

Qobustan, Şamaxı, Hacıqabul, Göyçay və Ağsu rayonlarının ərazisindəki obaları əhatə etmişdir.

Mahalın naibi Məlik Baxış idi.

Əhalisi

redaktə

1821-ci ildə 27 obada (Ərəbqədim, Ərəbbalaoğlan, Şıx Zahirli Çul, Şıx Zahirli Şəkər, Kəlağaylı / Kalağaylı, Xilə / Əmircan, Təklə Səfi, Yekəxana Talıb, Qaracagözlü, Ərəbcəbrəli, Təklə Hacı Məmməd Hüseyn, Cəmcəmli, Kürdəmiç / Kürdəmiş, Ərəbşahverdi, Təklə Mirzəbaba, Mərəzəli, Kürkəndi, Qurbançı, Təsin, Yekəxana İbrahim, Həmyə / Həmyəli, Xıdırlı, Şorbaçı, Siyəzənli, Poladlı, Çaylı, Udulu) 1172 ailə yaşayırdı.

İqtisadiyyatı

redaktə

Qəbiristan mahalının sakinləri əkinçilik və maldarlıqla məşğul olurdular.

İstinadlar

redaktə
  1. ↑ https://obastan.com/az/search/?q=g%C9%99br
  2. ↑ "Arxivlənmiş surət". 2017-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-14.
  3. ↑ https://doi.org/10.1080%2F0959641032000127597

Xarici keçidlər

redaktə
  • Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03.[ölü keçid]
  • Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Salyanlı xanım Pyotrun zabitlərini necə qətlə yetirdi" (az.). axar.az. İstifadə tarixi: 2017-04-10.

Həmçinin bax

redaktə
  • Şirvan xanlığı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qəbristan_mahalı&oldid=7564617"
LOVE.AZ