Qədim şəhər və ya tarixi mərkəz — ümumi əhəmiyyətli ictimai bina və tikililərin cəmləşdiyi yaşayış məntəqəsinin (şəhər, kənd və s.) ərazisinin tarixən və planlaşdırma ilə müəyyən edilmiş hissəsi. Bu, bir qayda olaraq, şəhərin inkişafını əks etdirən və mədəni, memarlıq, sosial və siyasi keçmişindən xəbər verən ən qədim hissəsidir.[1]
Müasir şəhər mərkəzi funksional mənada mərkəzidirsə, o zaman ərazi konsepsiyasına görə tarixi mərkəz bu yeri tutur.[2]