. Love.az

Qedim Seher Vilnus - Wikipedia - Love.az

Ana Səhifə - Qedim Seher Vilnus
Bu adın digər istifadə formaları üçün bax: Qədim şəhər.

Qədim şəhər (Vilnüs) (lit. Vilniaus senamiestis, pol. Stare Miasto w Wilnie, belar. Стары горад у Вільнюсе, rus. Старый город в Вильнюсe) — Şimali Avropanın ən böyük orta əsrə aid qədim şəhərlərindən biri. 3,59 km² (887 akr) sahəyə malikdir. Mərtəbələrinin ümumi sahəsi 1,497,000 m² olan 1487 bina və 70 küçə ilə birlikdə 74 məhəlləni əhatə edir. Litvanın paytaxtı Vilnüsün ən qədim hissəsi olmaqla, şəhər bir neçə əsr ərzində inkişaf etmiş və özündə həm şəhərin qədim tarixini, həm də daim dəyişən mədəni təsirləri əks etdirmişdir. Burada Avropanın ən qədim memarlıq üslublarının bəziləri — qotika, intibah memarlığı, barokko memarlığı və neoklassik memarlığı yanaşı gəlir və bir-birini tamamlayır.

Qədim şəhər (Vilnüs)
Xəritə
54°41′ şm. e. 25°17′ ş. u.HGYO
Ölkə  Litva
Şəhər Vilnüs
Sahəsi
  • 352 ha[1]
UNESCO Ümumdünya İrsi
Rəsmi adı: Vilnius Historic Centre
TipiMədəni
Kriteriyaii, iv
Təyin edilib1994
İstinad nöm.541bis
DövlətLitva
RegionAvropa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pilies küçəsi Qədim şəhərin ana xəttini təşkil etməklə bərabər, kafelərin və küçə bazar həyatının da mərkəzidir.[2] Vilnüsün mərkəzi küçəsi olan Gedimina prospektinin bir hissəsi Qədim şəhərdə yerləşir. Qədim şəhərin mərkəzi meydanlarına Kafedral meydanı və Ratuşa daxildir.

Ən mükəmməl memarlıq komplekslərindən biri Qədim şəhərin böyük bir hissəsini tutan və 13 həyəti olan Vilnüs Universiteti Memarlıq Ansamblıdır. Bu kompleks Litvanı Brüsseldəki Mini-Avropa Parkında təmsil etmək üçün seçilmişdi.

1994-cü ildə Vilnüs Qədim şəhəri universal dəyəri və orijinallığının tanınması ilə UNESCO-nun Ümumdünya irsi siyahısına (N.541) daxil edilmişdir. Rəsmi adında qeyd olunmuş "Tarixi mərkəz" anlayışının əvvəllər müdafiə divarları ilə əhatələnmiş Qədim şəhərdən daha geniş mənası vardır. Belə ki, bu ifadə tarixən şəhər hüdudlarından kənarda qalmış Ujupis kimi Vilnüsün qiymətli tarixi şəhərkənarı rayonlarını da əhatə edir. Buna görə də Ujupis çox zaman Vilnüs Qədim şəhərinin bir hissəsi hesab edilir.

Mündəricat

  • 1 Memarlıq abidələri
    • 1.1 Saraylar
    • 1.2 Dini abidələr
    • 1.3 Digər görməli yerlər
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər

Memarlıq abidələri

redaktə

Vilnüsün digər yerləri ilə müqayisədə Qədim şəhərdə diqqət cəlb edən memarlıq abidələri daha çoxdur. Bunlara aşağıdakılar daxildir:[3]

Saraylar

redaktə
  • Prezident sarayı
  • Sluşko sarayı
  • Radzivillov sarayı
  • Tizenhauzov sarayı
  • Vilnüs qala kompleksi (Gedimina qalası və Litva Kral sarayı ilə birlikdə)

Dini abidələr

redaktə
  • Müqəddəs Anna kilsəsi
  • Kafedral meydanında Vilnüs kafedralı
  • Müqəddəs Nikolay kilsəsi
  • Bütün Müqəddəslər kilsəsi
  • Şəfəq qapısı
  • Üç xaç
  • Teotokos kafedralı

Digər görməli yerlər

redaktə
  • İmzalayanlar Evi
  • Litva Milli Muzeyi
  • Litva Milli Dram Teatrı
  • Vilnüs şəhər divarlarından fraqmentlər
  • Müqəddəs Ruh Dominikan kilsəsi
 
Vilnüs Qədim şəhərin panaroması. Gedimina qalasından görüntü.

İstinadlar

redaktə
  1. ↑ https://whc.unesco.org/en/list/541.
  2. ↑ Gregorian, Elizabeth. "The Top Things To Do and See in Old Town, Vilnius". theculturetrip.com (English). 2017. 2019-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-27. (#redundant_parameters)
  3. ↑ "Old Town of Vilnius (Senamiestis)". truelithuania.com. 2019-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-27.

Xarici keçidlər

redaktə
  • Qədim şəhər (Vilnüs) poçt markalarında
  • Qədim şəhər (Vilnüs) — Litvaya səyahət Arxivləşdirilib 2018-10-28 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qədim_şəhər_(Vilnüs)&oldid=7291949"
LOVE.AZ