Köhnə Havana (isp. La Habana Vieja) — Kubanın paytaxtı Havana şəhərinin mərkəzi və 15 bələdiyyəsindən (və ya boro) biri. Əhalinin sıxlığına görə Köhnə Havana şəhərdə ikinci yerdədir və orijinal şəhərin əsasıdır. Orijinal Havana şəhərinin divarları Qədim Havanın müasir sərhədləri kimi götürülür.
Bələdiyyə | |
Köhnə Havana | |
---|---|
isp. La Habana Vieja | |
![]() | |
![]() | |
23°08′09″ şm. e. 82°21′30″ q. u.HGYO | |
Ölkə |
![]() |
Rayon |
[[![]() |
Tarixi və coğrafiyası | |
Sahəsi | 4[1] |
Mərkəzin hündürlüyü | 50 m |
Saat qurşağı | UTC−5 |
Əhalisi | |
Əhalisi | 97.984[2] nəfər (2004) |
Milli tərkibi | kubalılar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +53-7 |
Poçt indeksi | 10100 |
![]() |
Köhnə Havana 1982-ci ildə YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır.
Köhnə Havananın əsası 1519-cu ildə ispanlar tərəfindən Havana körfəzinsdəki təbii limanda qoyulmuşdur. Köhnə Havana xəzinə daşıyan İspaniya qaleonları üçün Yeni dünya ilə Qədim dünya arasında dayanacaq nöqtəsi olmuşdur. XVII əsrdə isə əsas gəmi tikintisi mərkəzlərindən biri olmuşdur. Şəhər barokko və neoklassisizm stillərində inşa olunmuşdur. Köhnə Havananın qədim tikililərinin böyük hissəsi XX əsrin ikinci yarısında baxımsız vəziyyətə düşmüşdür, lakin bir çox tikililər bərpa olunmaqdadır. Köhnə Havana dar küçələrə malikdir, burada təxminən 3000 bina yerləşir. Qədim şəhər limandan, rəsmi mərkəzdən və Silahlar meydanından ibarətdir. 1555-ci ildə Köhnə Havana fransız quldur Jak de Sor tərəfindən dağıdılmış və yandırılmışdır. Jak de Sor Havananı çətinlik çəkmədən ələ keçirmiş, şəhəri talan etmiş və yandırmışdır. Lakin şəhərdə tapmaq ümudində olduğu zənginliyi tapa bilməyincə şəhəri tərk etmişdir. Şəhər viran və yanğınlar içərisində qalmışdır. Bu hadisədən sonra ispanlar şəhəri qorumaqdan ötrü buraya əsgərlər gətirmiş və qalaların tikintisinə başlamışlar. La-Real-Fuersa ilk tikilən qala idi. Bu qalanın tikilməsi 1558-ci ildə qərarlaşdırılmışdır və qala mühəndis Bartolome Sançezin nəzarəti altında tikilmişdir.
Köhnə Havana Tenerife və Kadisi xatırladır. Alexo Karpenter şəhəri "sütunların" adlandırmışdır. Şəhər girişlərinə, revokolarına, dekorasiyasına, yaxınlığına, həyətlərinə görə belə adlandırıla bilər. Köhnə Havanada qədim abidələr, qalalar, kilsələr, monastırlar, saraylar, xiyabanlar, pasajlar yerləşir. Kuba dövləti Köhnə Havananı qorumaq və tikililərini bərpa etmək üçün tədbirlər görür. Bu işə Eysebio Lealın direktoru olduğu Havana Tarix Ofisi nəzarət edir.
2008-ci ildə baş vermiş Ayk qasırğası şəhərdəki bir çox tarixi abidələrə zərər vurmuşdur. Bununla yanaşı sakinlərin çoxunu təhlükəsiz yerlərə getməyə məcbur etmişdir.[4][5]
1982-ci ildə Köhnə Havana YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır.[6][7]
Vikianbarda Old Havana ilə əlaqəli mediafayllar var. |