. Love.az

Qedir Rustemov - Wikipedia - Love.az

Ana Səhifə - Qedir Rustemov

Qədir Çərkəz oğlu Rüstəmov (20 noyabr 1935, Ağdam rayonu – 14 dekabr 2011, İstanbul) — xanəndə, muğam ifaçısı, Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri, Azərbaycan Respublikasının xalq artisti (1992), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (1997).

Qədir Rüstəmov
Ümumi məlumatlar
Doğum tarixi 20 noyabr 1935
Doğum yeri Ağdam, Azərbaycan SSR
Vəfat tarixi 14 dekabr 2011 (76 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə
Dəfn yeri Bakı
Musiqiçi məlumatları
Fəaliyyəti Xanəndə
Fəaliyyət illəri 1950-ci ildən
Musiqi aləti qaval
Səs tembri zil
Mükafatları
"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 19921992 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1989
"Şöhrət" ordeni — 19971997

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Filmoqrafiya
  • 4 Ədəbiyyat
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olmuş, burada xanəndə kimi yetişmişdir.

Ağdam rayonu Güllücə kənd orta məktəbində təhsil almışdır. Elə məktəb illərindən həkim Araz Budaqovla da dostluqları formalaşmışdı.

Əvvəlcə, Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri almış, sonradan Ağdamda təhsilini davam etdirmişdir. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşmışdır.

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – "Rast", "Çahargah" lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında "Sona bülbüllər" mahnısı xüsusilə sevilir.

Yüksək testituralı səsə malik Qədir Rüstəmov bütün registrlərdə səs keyfiyyətini nümayiş etdirməyi bacarır.

14 dekabr 2011-ci ildə Türkiyənin İstanbul şəhərində vəfat etmiş və Bakı şəhərində dəfn olunmuşdur.

Mükafatları

redaktə
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 21 mart 1989
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 30 dekabr 1992[1]
  • "Şöhrət" ordeni — 14 fevral 1997[2].
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1997
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[3]

Filmoqrafiya

redaktə
  • Üzeyir ömrü (film, 1981)
  • Qədirin sorağında (film, 1993)
  • Qədir Rüstəmov (film, 2001)
  • Memar (film, 2006)
  • Bu səs Qədirin səsidir (film, 2007)
  • Muğamat var olan yerdə... (film, 2009)

Ədəbiyyat

redaktə
  1. Aydınoğlu, T. Milyonların sevgisini qazanmış əfsanəvi xanəndə: Qədir Rüstəmov – 80 //Xalq qəzeti.- 2015.- 20 dekabr.- S.7.
  2. Böyük xanəndə Qədir Rüstəmovun 80 illik yubileyi qeyd edilib: [Muğam Mərkəzində] //525-ci qəzet.- 2015.- 17 dekabr.- S.7.
  3. Göygöldə Qədir Rüstəmovun 80 illik yubileyi ilə bağlı tədbir: [Mədəniyyət Mərkəzində] //Mədəniyyət.- 2015.- 4 dekabr.- S.2.
  4. Qədir Rüstəmovun 80 illik yubileyi qeyd olunub: [Beynəlxalq Muğam Mərkəzində] //Mədəniyyət.- 2015.- 18 dekabr.- S.8.

İstinadlar

redaktə
  1. ↑ "Q.C. Rüstəmov "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1992-ci il tarixli, 388 nömrəli Fərmanı Arxivləşdirilib 2022-10-04 at the Wayback Machine  (az.)
  2. ↑ Qədir Rüstəmovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 fevral 1997-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
  3. ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.

Xarici keçidlər

redaktə
  Vikisitatda Qədir Rüstəmov ilə əlaqədar sitatlar var.
  • Heydər Əliyev və Qədir Rüstəmov Arxivləşdirilib 2013-01-09 at the Wayback Machine
  • Qədir Rüstəmovun bioqrafiyası[ölü keçid]
  • Xalq artisti Qədir Rütəmovun doğum günüdür
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qədir_Rüstəmov&oldid=7792568"
LOVE.AZ