. Love.az

Qehreman Seher - Wikipedia - Love.az

Ana Səhifə - Qehreman Seher

Qəhrəman şəhər (rus. город-герой; ukr. місто-герой; belar. горад-герой) — Müharibələr zamanı müstəsna xidmət göstərmiş şəhərlərə verilən fəxri ad. Qəhrəman şəhər titulu əsasən SSRİ tərkibində olan şəhərlərə verilmişdir. İkinci Dünya müharibəsi dönəmində Üçüncü Reyxə qarşı aparılan hərbi əməliyyatlarda fərqlənmiş 12 şəhər və 1 qala bu titula layiq görülmüşdür. Qəhrəman şəhər titulu işğal olunmuş və sonrakı əməliyyatlarda geri qaytarılmış şəhərlərə verilirdi. Titul şəxslərə verilmiş Sovet İttifaqı Qəhrəmanı titulunun şəhərlərə verilən forması kimi də qəbul edilmişdir.

Qəhrəman şəhər (SSRİ-nin Avropa hissəsi)
Nöqtə
Brest
qalası
Nöqtə
Sankt-Peterburq
Nöqtə
Volqoqrad
Nöqtə
Odessa
Nöqtə
Sevastopol
Nöqtə
Moskva
Nöqtə
Kiev
Nöqtə
Novorossiysk
Nöqtə
Kerç
Nöqtə
Minsk
Nöqtə
Tula
Nöqtə
Murmansk
Nöqtə
Smolensk
Qəhrəman şəhərlər SSRİ-nin Avropa hissəsinin xəritəsində

Nizamnaməyə əsasən qəhrəman elan edilən şəhərə Lenin ordeni ilə yanaşı Yüksək Sovet Prezidyumu təqdim edilirdi. Titula layiq görülmüş şəhərin mərkəzi meydanlarının birində Qəhramənlıq heykəli inşa edilməli idi. İkinci Dünya müharibəsindən sonra SSRİ-nin Leninqrad, Odessa, Sevastopol, Stalinqrad, Kiyev, Kerç, Moskva, Novorossiysk, Minsk, Tula, Murmansk, Smolensk şəhərləri və Brest qalası qəhrəman şəhər elan edilmişdir.

Tarixi

redaktə

Qəhrəman şəhər termini ilk dəfə İkinci Dünya müharibəsi zamanı Şərq cəbhəsində Barbarossa əməliyyatı ilə Üçüncü Reyxin hücumlarına məruz qalan SSRİ mətbuatı tərəfindən işlədilmişdir. Pravda qəzetinin 1942-ci ildə nəşr edilən sayında nasistlərə qarşı aparılan mübarizədə sovet şəhərlərinin qəhrəmanlığından söhbət açılır. Rəsmi yazışmalarda isə ilk dəfə olaraq 1945-ci ilin 1 may tarixində İosif Stalin tərəfindən imzalanan 20 nömrəli əmrdə qəhrəman şəhər sözündən istifadə edilir.

İmzalanan əmrdə Leninqrad, Odessa, Sevastopol və Stalinqrad şəhərləri üçün top atışının həyata keçirilməsi tələb olunur. İlk qəhrəman şəhər titulu hal-hazırda Sankt-Peterburq olaraq adlandırılan Leninqrad şəhərinə verilmişdir. Şəhərlərin fəxri ada layiq görülməsi ardıcılığı isə aşağıdakı kimidir.

№ Ölkə Qəhrəman şəhər Elan edilmə tarixi
1   Rusiya Leninqrad (Sankt-Peterburq) 8 may - 1965
2   Ukrayna Odessa 8 may - 1965
3   Ukrayna Sevastopol 8 may - 1965
4   Rusiya Stalinqrad (Volqoqrad) 8 may - 1965
5   Ukrayna Kiev 8 may - 1965
6   Belarus Brest qalası (Qəhrəman qala) 8 may - 1965
7   Rusiya Moskva 8 may - 1965
8   Ukrayna Kerç 14 sentyabr - 1973
9   Rusiya Novorossiysk 14 iyun - 1973
10   Belarus Minsk 26 iyun - 1974
11   Rusiya Tula 7 dekabr - 1976
12   Rusiya Murmansk 6 may - 1985
13   Rusiya Smolensk 6 may - 1985

Qalereya

redaktə
  • Qəhrəman şəhərlər
  •  
    Sevastopol şəhərinin gerbində yer alan qəhrəman şəhər titulu.
  •  
    Sankt-Peterburq (keçmiş Leninqrad) şəhərinin mərkəzində yerləşən Qəhrəman şəhər adibəsi.
  •  
    Sevastopol şəhərinin mərkəzində yerləşən Qəhrəman şəhər parkı.

Digər ölkələrdə olan bənzər titullar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qəhrəman_şəhər&oldid=7907972"
LOVE.AZ