Qəhvəxana — müştərilərinə əsasən qəhvə və digər isti içkilər təklif edən iaşə obyekti. Mədəni baxımdan qəhvəxanalar əsasən sosial qarşılıqlı əlaqə mərkəzləri kimi xidmət edirlər: qəhvəxana,sosial üzvlərinin fərdi və ya iki və ya üç nəfər kiçik qruplarlarda görüşüb danışma, yazma, oxuma, bir-birlərini əyləndirmə və ya vaxt keçirtmə yerlərini təmin edir. Qəhvəxana müntəzəm üzvləri üçün rəsmi klub kimi xidmət edir.[1]
İlk qəhvəxanalar Dəməşqdə fəaliyyət göstərməyə başlayıb. Ordan onlar XV əsrdə Mekkəyə, XVI əsrdə sə İstanbula yayımlanmışdı. Orda insanlar yığışıb, ünsiyyət qurub, şahmat və nərd oynaya bilirdi.[2][3]