. Love.az

Qelenderaxtarma - Wikipedia - Love.az

Ana Səhifə - Qelenderaxtarma

Qələndəraxtarma palçıq vulkanı– Bakı şəhərindən 60 km cənub-qərbdə, Çeyildağ qəsəbəsinin yaxınlığında yerləşir, miosen çöküntülərindən təşkil olunan Umbakı antiklinalının şərq periklınalına aiddir.[1]

Qələndəraxtarma
Ümumi məlumatlar
Növü Palçıq vulkanı
Yerləşməsi
Ölkə  Azərbaycan

Mündəricat

  • 1 Haqqında
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Haqqında

redaktə

Morfoloji cəhətcə, vulkan eninə uzanan, dik şərq yamaclı, nisbi yüksəkliyi 160 m olan hündürlükdən ibarətdir. Azərbaycanın iri və çox maraqlı vulkanlarından biri olub, böyük krater sahəsinə və 1 km-dən artıq məsafədə uzanan ərazidə səpələnən çoxsaylı, fəaliyyətdə olan sopka, qrifon və salzalara malikdir. Ayrı-ayrı sopkaların hündürlüyü 15 m-dən artıqdır. Palçıq vulkanı brekçiyasının ümumi sahəsi 562 ha, brekçiya örtüyünün qalınlığı qazma məlumatına görə 30 m-dir.

Həmçinin bax

redaktə
  • Abix palçıq vulkanı
  • Ayazaxtarma

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi. "Palçıq vulkanları qrupu DTQ". eco.gov.az. 2023-12-04 tarixində arxivləşdirilib.

Xarici keçidlər

redaktə
  • Palçıq vulkanları
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qələndəraxtarma&oldid=7570283"
LOVE.AZ