. Love.az

Qemer Adigozelova - Wikipedia - Love.az

Ana Səhifə - Qemer Adigozelova
Bu məqalə silinməyə namizəddir
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin.
Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.

Bu məqalə sonuncu dəfə 4 saniyə əvvəl Freiheiten (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.

Qəmər Əbdülrəhim qızı Adıgözəlova-Polçayeva (d.12 aprel 1915, Axtı, Dağıstan – ö. 1992) — həkim, professor.[1]

Qəmər Adıgözəlova
Qəmər Əbdülrəhim qızı Adıgözəlova-Polçayeva
Doğum tarixi 12 aprel 1915
Doğum yeri Axtı, Dağıstan vilayəti, Rusiya imperiyası
Vəfat tarixi 1992

Həyatı

redaktə

Qəmər Əbdürrəhim qızı Adıgözəlova-Polçayeva 1915-ci il aprelin 12-də Dağıstanın Axtı kəndində anadan olmuşdur.

Fəaliyyəti

redaktə

O, Azərbaycan ET Oftalmologiya İnstitutunda 1960-cı ildən başlayaraq, 30 ildən artıq müddətdə elmi işlər üzrə direktor müavini vəzifəsini tutumuşdu. Bundan əlavə, prof. Adıgözəlova-Polçayeva 1957-1960-cı illərdə institutun terapevtik şöbəsinin müdiri vəzifəsində çalışmış, sonralar isə institutun iki elmi şöbəsinin – uşaqların görmənin mühafizəsi və gözün virus patologiyası şöbələrinin elmi rəhbəri olmuşdur.[2]

O, görmə üzvünün optik qüsurlarının ametropiyaları, çəpgözlüyün, astiqmatizmin, ambliopiyanın, anizometropiyanın haqqında anlayışlara bir çox yeniliklər gətirmişdir. Prof. Ü.C.Musabəyli ilə birlikdə o, oftalmologiyada ilk dəfə olaraq, uzağa akkomodasiyanın konsepsiyasını yaratmışdı. Bundan əlavə gözün müxtəlif mənşəli iltihabi xəstəliklərinin, gözün yenitörəmələrinin, uveal kataraktanın, traxomanın patogenezi problemlərinin işlənməsi də bir neçə onillik ərzində institutda onun rəhbərliyi altında aparılırdı. Prof. Q.Ə.Adıgözəlova-Polçayeva oftalmologiyanın müxtəlif məsələlərinə dair bir neçə yüz elmi əsərin, o cümlədən bir neçə monoqrafiyanın müəllifidir. Onun "Ametropiyalar zamanı gözün refraksiyasına akkomodasiya spazmının təsiri" və "Anizometropiya" adlı monoqrafiyalarının görmə üzvünün fiziologiyasının öyrənilməsində böyük əməyi var. Prof. Q.Ə.Adıgözəlova-Polçayeva nəinki istedadlı alim, hətta gözəl diaqnost və hərtərəfli oftalmocərrah olmuşdur. O, elmi və təcrübi oftalmoloq kadrlarının olduqca böyük bir dəstəsini hazırlamışdı, onun rəhbərliyi altında 10-dan artıq namizədlik dissertasiyaları müdafiə edilmişdir.[1251 gündür mənbəsizdir]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002. səh. 22.
  2. ↑ Əlamətdar və tarixi günlər təqvimi 2010. Bakı. 2009. səh. 136. (#first_missing_last)
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qəmər_Adıgözəlova&oldid=8151104"
LOVE.AZ