Qərb dünyası (ing. Westworld) — Conatan Nolan və Liza Coy tərəfindən yaradılan və ilk dəfə 2016-cı il oktyabrın 2-də "HBO" telekanalında nümayiş etdirilən ABŞ istehsalı distopik elmi-fantastik, vestern-dram janrında televiziya serialı. Ekran əsəri 1973-cü ildə Maykl Kraytonun müəllifi və rejissoru olduğu eyniadlı filmə və 1976-cı ildə istehsal edilmiş "Gələcəyin dünyası" ("Futureworld") filminə əsaslanır.
Qərb dünyası | |
---|---|
ing. Westworld | |
![]() | |
Janr | dram teleserialı[d] |
Yaradıcısı | Conatan Nolan, Liza Coy[d] |
Rollarda |
|
Bəstəkar | |
İstehsalçı ölkə | |
Studiya | Warner Bros. Television Studios[d], Bad Robot Productions |
Dil | ingilis dili[1] |
Davametmə müddəti | 74 ± 17 dəq.[2][3][…] |
IMDb | ID0475784 |
hbo.com/westworld | |
![]() |
Hadisələr "Qərb dünyası" adlı, texnoloji cəhətdən yüksək inkişaf etmiş süni əyləncə mərkəzində cərəyan edir. Bu məkan, Vəhşi Qərb mövzusunda qurulmuş və android tipli "rezidentlər" tərəfindən məskunlaşdırılmış bir məkandır. Əyləncə mərkəzinin xüsusi proqram təminatı ilə təchiz edilmiş rezidentləri insanlara zərər vermək qabiliyyətindən məhrum edildiyindən, yüksək gəlirli qonaqlar burada heç bir təhlükə və qisas təhdidi olmadan öz ən cəsarətli fantaziyalarını reallaşdıra bilirlər. Serialın davamında süjet xətti XXI əsrin ortalarına doğru genişlənir və "Rehoboam" adlı qüdrətli süni intellekt sistemi tərəfindən nəzarət edilən və idarə olunan real dünyaya keçid alır.
Televiziya serialı ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |