Qərbi Çjou (çin. 东周) — Çində e.ə. 1045-ci[1] ildən Qərbi Çjou çarlığını idarə etmiş, erkən səltənət[2]. Bu sülalənin başlanğıcı Çjou sülaləsinin süqutuna əsadüf edir. Çjou sülaləsinin ilk yaranmış sivilizasiyası "Qərbi Çjou" adını daşıyırdı. "Qərbi Çjou" sülaləsi nisbətən inkişaf etmiş cəmiyyət idi. Kənd təsərrüfatı çiçəklənmiş, əkinçi əmək alətləri təkmilləşdirilmiş, bir çox kənd təsərrüfatı bitkiləri becərilməyə başlanmışdır. Çoxlu sayda incəsənət və mədəniyyət abidələri, həmçinin fəlsəfə, siyasət və tarix əsərləri meydana gəlmişdir. E.ə. 841-ci ilədək hadisələrin mütəmadi xronikası aparılmamışdır, hansı ki, Qərbi Çjou səltənət evi hadisələrin illik qeydiyyatını aparır və saxlayırdı.
Qərbi Çjou səltənətinin e.ə. 771-ci ildə[3] süqutu və nüfuzlu mərkəzi hakimiyyətin yoxluğu yerli dövlətlər arasında müharibələrə səbəb olmuşdur və bu qarışıqlıq Tsin sülələsi Çini birləşdirənə qədər davam etmişdir.[4]