. Love.az

Qerbi Azerbaycan - Wikipedia - Love.az

Ana Səhifə - Qerbi Azerbaycan
Bu adın digər istifadə formaları üçün bax: Qərbi Azərbaycan (dəqiqləşdirmə).
Bu məqalənin neytrallığı şübhə doğurur.
Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən, və ya mübaliğəli fikirlərin olduğu iddia edilir. Xahiş olunur, bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz.
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.
Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Qərbi Azərbaycan — indiki Ermənistan Respublikasının əhatə etdiyi, tarixən Ermənistan azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkan.

XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi nəticəsində hazırda Ermənistan Respublikasında azərbaycanlılara məxsus heç bir yaşayış məntəqəsi qalmamışdır.

Mündəricat

  • 1 İrəvan xanlığı və Çuxursəəd bəylərbəyliyi
  • 2 Çar Rusiyası dövründə Qərbi Azərbaycan
  • 3 Əhali
  • 4 Müasir dövrdə
  • 5 İstinadlar
  • 6 Həmçinin bax
  • 7 Xarici keçidlər

İrəvan xanlığı və Çuxursəəd bəylərbəyliyi

redaktə

Qərbi Azərbaycan torpaqlarına ilk ermənilərin köçürülməsi 1441-ci ildə Cahanşahın qərarı ilə Erməni-qriqoriyan kilsəsini Kilikya ərazisindən indiki Üçkilsəyə köçürməsi ilə başladı. Bu torpaqlarda ilk bəylərbəylik 1410-cu ildə dünyasını dəyişmiş Əmir Səəd tərəfindən quruldu. Qərbi Azərbaycan torpaqları Əfşarlar imperiyasının yaranmasına kimi əsasən Çuxursəəd bölgəsi olaraq adlanmış və buranın öz inzibati hakimləri olmuşdur. 1747-ci ildə Mirmehdi xanın İrəvan xanlığını qurması ilə birlikdə bu bölgə yeni bir dövrə qədəm qoydu. 1749-cu ildə İrəvan xanlığı Qarabağ xanı Pənahəli xanın, sonra isə Kaxetiya çarı II İraklinin hücumuna məruz qaldı və gürcü çarlığından asılı vəziyyətə düşdü. 1755-ci ildə Həsənəli xanın başçılığı ilə saray çevrilişi üsyanı baş verdi. Bu tarixdən sonra isə İrəvan xanlığında Qacarlar sülaləsi hakimiyyətə gəldi. İrəvan xanlığı bir vaxtdan sonra, yəni 1765–1769-cu illərdə Gürcü çarlığı tərəfindən bir çox hücumlara məruz qaldı. Hətta 1779-cu ildə Şörəyel ərazisini itirdi. Sonralar bu ərazilər yenidən geri qaytarıldı. 1795–1797-ci illərdə Ağa Məhəmməd Qacar (xan və şah) İrəvan xanlığına bir çox yürüşlər etsə də, uğurlu alınmadı. 1806-cı ildə Hüseynqulu xan hakimiyyətə gəldi və xanlığın süqutuna kimi İrəvan xanı oldu. 1827-ci ildə xanlıq süqut etsə də, ilhaq edilməsinin rəsmiləşdirilməsi 10 fevral 1828-ci ildə Türkmənçay müqaviləsi ilə baş tutdu.[1]

Çar Rusiyası dövründə Qərbi Azərbaycan

redaktə
 
Azərbaycan Xalq Cümhuriyyəti

Türkmənçay müqaviləsinin imzalanmasından sonra Qərbi Azərbaycan torpaqları rəsmən Çar Rusiyasının hakimiyyəti altına keçdi. Bu torpaqlar üçün ilk verilmiş qərar 21 mart 1828-ci ildə I Nikolayın (1825–1855-ci illər) fərmanı ilə Erməni vilayətinin yaranması oldu. Hətta 1833-cü ildə bu vilayətin gerbi də qəbul olunur. İmperator I Nikolayın bu torpaqlar üçün verdiyi ən önəmli qərarlardan biri Alban kilsəsini ləğv etmək idi. Alban kilsəsini ləğv edərək həmçinin Erməni-qriqoriyan kilsəsinə müəyyən səlahiyyətlər verilir. 1837-ci ildə I Nikolay Qafqaza səfər edir. O, səfər zamanı Gümrüyə gəlir və Müqəddəs Aleksandr kilsəsinin təməlini qoyur. Elə bundan sonra Gümrü Aleksandropol adlanmağa başlayır. 1840-cı ildə Qərbi Azərbaycandakı azərbaycan əhalisinin şikayətləri nəticəsində Erməni vilayəti ləğv edilir və Gürcü-İmereti quberniyasının tərkibində İrəvan qəzası yaranır. 1849-cu ildə isə İrəvan quberniyası təşkil olunur. 1905–1906-cı illərdə "Erməni-çıxarılır. 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaranması ilə Qərbi Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan Respublikasına verildi.[2]

Əhali

redaktə

Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər, şəhərlə birlikdə isə 18 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülmüşdür. 1918–1920-ci illərdə indiki Ermənistan Respublikasının ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və yaxud doğma torpağından didərgin düşmüşdür. Bu rəqəmi Z. Korkodyan özünün "Sovet Ermənistanının əhalisi 1831–1931" kitabında təsdiq edərək yazır: "1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur".[3]

Müasir dövrdə

redaktə

10 may 2020-ci ildə ermənişünas alim, Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə keçirilən bir video-konfransda, mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edib. Bu, respublika elan edilsə də, heç bir rəsmiyyət daşımır. Azərbaycan Respublikası və Qərbi Azərbaycan İcması bu respublikanı tanımır.[4][5][6]

2024-cü ilin oktyabrında spiker Sahibə Qafarovanın sərəncamına əsasən, Qərbi Azərbaycandan çıxarılmış azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədilə parlamentdə deputat Əziz Ələkbərovun rəhbərliyi ilə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb.[7]

İstinadlar

redaktə
  1. ↑ Yaqub, Mahmudov; Mustafayev, Nazim. Çuxursəd hakimləri və İrəvan xanları (az.). Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi. 2016. ISBN 978-9952-8268-5-2.
  2. ↑ Kərim, Şükürov. "Tarix". Virtual Qərbi Azərbaycan. 22.07.2024. 11.04.2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.07.2024.
  3. ↑ "Arxivlənmiş surət" (PDF). 2021-01-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-05.
  4. ↑ "Qərbi Azərbaycan Respublikası elan olundu". 2020-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
  5. ↑ "Qərbi Azərbaycan Respublikası YARADILDI — QƏRAR". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
  6. ↑ "Qərbi Azərbaycan Respublikası fəaliyyətini dayandırdı!". 20.05.2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.07.2024.
  7. ↑ "Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb". Apa.az (az.). İstifadə tarixi: 2024-10-22.

Həmçinin bax

redaktə
  • Qərbi Azərbaycan mahalları
  • Qərbi Azərbaycan İcması
  • İrəvan xanlığı
  • Çuxursəd bəylərbəyliyi

Xarici keçidlər

redaktə
  • Yaqub Mahmudov. "İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLAR ERMƏNİLƏRƏ HANSI ŞƏRTLƏRLƏ VERİLMİŞDİ" ( (az.)). azerbaijan-news.az. 2014-10-14. 2015-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-29.
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.


Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.


Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qərbi_Azərbaycan&oldid=8134387"
LOVE.AZ