Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Qərib Mehdiyev (Qərib Qasım oğlu Mehdiyev; 21 iyun 1936, Mirzəbəyli, Qutqaşen rayonu) — nasir, şair, publisist, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1976). [1][2]
Qərib Mehdiyev | |
---|---|
Qərib Qasım oğlu Mehdiyev | |
Doğum tarixi | (88 yaş) |
Doğum yeri | Mirzəbəyli, Qutqaşen rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Atası | Qasım Mehdiyev |
Milliyyəti | azərbaycanlı |
Tanınır | nasir, şair, publisist, dramaturq |
Mükafatları |
![]() |
Qərib Mehdiyev 21 iyun 1936-cı il Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olmuşdur. Kiçik yaşlarında ailəliklə Gəncə şəhərinə köçmüşlər. Qərib Mehdiyev burada 1955-ci ildə 3 saylı fəhlə-gənclər axşam məktəbini bitirmişdir.
Qərib Mehdiyev 1955-1957-ci illərdə Gəncə şəhər rabitə idarəsində poçtalyon, 1957-1959-cu illərdə isə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərmişdir. O, həmçinin 1959-1965-ci illərdə Gəncə şəhər dəmir-beton məmulatı zavodunda bənna suvaqçı, betonçu, armaturçu və qaynaqçı peşələrində də çalışmışdır.
Sonra H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun ibtidai təhsil pedaqogikası və metodikası fakültəsində qiyabi oxumaqla bərabər, 1965-1971-ci illərdə 16 saylı şəhər məktəbində sinif müəllimi, günü uzadılmış qrupun rəhbəri olmuşdur. O, Gəncə rayon deputatları sovetinə seçilmişdir. Qərib Mehdiyev 1971-ci ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda çıxan çoxtrajlı "Yüksəliş" qəzetinin redaktoru vəzifəsində işləyir.
Qərib Mehdiyev yaradıcılığa 1958-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "İşığın qəzəbi" satirik hekayəsi ilə başlamışdır. İlk hekayələrini Qərib, Qərib Mehdi təxəllüsləri ilə çapa vermişdir. O, 1983-cü ildən "Nasirin şeir boxçası" silsiləsindən şeirlər dərc etdirir. Ədibin 1989-cu ildə "Oxşarlar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. Mehdiyevin əsərləri xarici ölkə xalqların dillərində nəşr olunmuşdur. O, 1979-cu ildən Gəncə şəhəri Alimlər Evi nəzdində olan "İlham" ədəbi birliyinə rəhbərlik edir.