. Love.az

Qetl Gunu Roman - Wikipedia - Love.az

Ana Səhifə - Qetl Gunu Roman
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Qətl günü — Yusif Səmədoğlunun müəllifi olduğu tarixi-psixoloji roman.

Qətl günü
Müəllif Yusif Səmədoğlu
Janr Tarixi roman
Orijinalın dili Azərbaycan dili
Orijinalın nəşr ili 1987
Nəşriyyat "Qanun" nəşriyyatı
Səhifə 270
Tiraj 1000
ISBN-13 978-9952-26-668-9

Haqqında

redaktə

"Qətl günü" romanı Azərbaycan ədəbiyyatında Şərin bədii obrazını yaratmış ən güclü əsərlərdən biridir. Roman üç süjet xəttinə malikdir, əsərdə üç ayrı-ayrı dövrün ictimai-siyasi mühiti və bu dövrlərdə insanın faciəsi magik realizm üslubunda qələmə alınıb.

Müəllif Qacar işğalıyla 37-ci il repressiyası arasında paralellər apararaq, çox maraqlı nəticələrə gəlib çıxır. Taleyin kəskin dönümlərində həyatın əbədi sualları qarşısında qalan adamların faciəsi və çətin ömür yolu "Qətl günü" romanının əsas mövzusudur. Ədəbiyyatşünaslar "Qətl günü" romanını Azərbaycan nəsrinin yeni mərhələsi hesab edir.

Xarici keçidlər

redaktə
  • Film: Qətl günü (film, 1990)
  • Kitab: Qətl günü
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qətl_günü_(roman)&oldid=7770197"
LOVE.AZ