Qəzvin ostanı — İranın 31 ostanından (vilayətindən) biri. Mərkəzi Qəzvin şəhəridir.
Qəzvin ostanı | |
---|---|
استان قزوین | |
![]() | |
36°16′09″ şm. e. 50°00′10″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1993 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 281 |
![]() |
Qəzvin ostanının ümumi sahəsi 15.502 km²-dir. Ostan 1996-cı ildə Tehran və Zəncan ostanlarının ərazilərindən ayrılmış və ölkənin yeni bir ostanına çevrilmiş bölgələrdən qurulmuşdu.
Qədim yunan yazılarında Qəzvin haqqında məlumat Midiya hökmdarları haqqında məlumatlarda təsadüf olunur ki, bunlar da bizim eramızdan əvvəl 9 əsrə aiddir. Qəzvinin adının buralarda qədim zamanlarda yaşamış (və ya sonralar köçmüş) kaspi tayfalarıyla bağlı olduğu deyilir.
Qəzvin əyalətinin ərazisində çoxlu tayfalar və qəbilələr yaşamışdır, və qədimdə bu ərazi daim müharibə zonası olubdur. Erkən islam dövründə Qəzvin Ərəb Xilafətinin qoşunları tərəfindən zəbt olunmuşdur.
Səfəvilər İmperiyasının Təbrizdən sonrakı ikinci paytaxtı da məhz Qəzvin şəhəri olmuşdur. Qacarlar dövründə Tehrana yaxın olduğundan Qəzvin dövlətin mühüm mərkəzlərindən biri olubdur. Hazırkı dövrdə də Qəzvin İranın şimalındakı vacib şəhərlərdən sayılır.
Coğrafi mövqeyinə əsaslanaraq, Qəzvin vilayəti (ostanı) körpü rolunu oynayır: ölkənin paytaxtını şimal və qərb rayonları, Avropa və Qafqaz ölkələri ilə birləşdirir. Kənd təsərrüfatının inkişafı üçün uyğun şəraiti vardır. Coğrafi baxımdan Qəzvin ostanı 2 dağlıq və düzənlik hissəyə bölünür. Əyalətin iqlimi şimalda soyuq, cənubda sabitdir. Ümumiyyətlə, qışı soyuq və qarlı keçən bu ərazidə, yay ayları nisbətən mülayim və isti olur.
Dağlıq hissəyə şərqdə yerləşən Əlborz dağları və cənub ərazilər daxildir. Qəzvin və Takistan şəhərləri əyalətin inzibati və siyasi mərkəzləri statusu almışdır.
Qəzvin şəhəri Tehranın qərbində 144 km da düzənlik zona yerləşir. Əhalisi 2006-cı il siyahıya almasına əsasən 349,821[4] nəfərdir. Hazırda əhalinin 75%-i Azərbaycan kökənlidir.[5] Şəhərin təməli Sasanilər sülaləsindən olan I Şahprur tərəfindən qoyulmuşdur. Qəzvin Ərəb xəlifəliyinin mühüm hərbi bazasına çevrilmişdir. Əməvilər dövründə Qəzvində ən əzəmətli məsçidlərdən biri inşa edilmişdir. Bu Cümə məscidi Harun Ər-Rəşidin dövründə tikilmişdir.
IX əsrdə Qəzvin şəhərinin qarşısında yeni qala tikilmişdir ki, bu qala mübarək Mədinə adı almışdır. Xəlifə Harund əl Rəşidin əmri ilə mübarək Mədinə qalası yenidən qurulmuş və onun ətrafı boyu yeni qala divarları tikdirmişdir. Onun ölümündən sonra, şəhərin yenidənqurulması və genişlənməsini türk hökmdarları tamamlamışdılar.
XII əsrinin sonnuda Qəzvin və İsmayıl qalası monqolların hücumuna məruz qalmışdır. İsmayillilər hərəkatı və onların mərkəzi hökumətlə apardığı uzun mübarizə Qəzvinin tarixinə böyük təsir göstərmişdir. İsmayillilərin müvəffəqiyyətləri Qəzvini yeni bir mərkəzə çevirmişdir. Səfəvilər Qəzvini paytaxt seçdiyində, burada böyük tikinti və yenidənqurma işləri aparılmışdı. Qacarlar paytaxtı Tehrana keçirdikdə, Avropaya gedən yolun yaxınlığında yerləşən Qəzvinin də bir şəhər kimi əhəmiyyətini artırmışdır. Hal-hazırda Qəzvin İranın iqtisadi, sosial cəhətdən inkişaf etmiş mühüm şəhərlərindən biridir. Dinamik inkişaf edən sənaye və kənd təsərrüfatı İranın ümumi inkişafına xidmət edir.
Bir vaxtlar "Siyadeh" və "Siyadhen" adlandırılan, yerli xalq arasında da hələ də bu adlarla tanınan Takistan şəhərinin qədim tarixi var. Bu şəhərin çiçəklənməsi və inkişafı Sasanilər dövrünə təsadüf olunur. Sasanilər zamanında bu şəhərdə böyük tikinti işləri aparılmışdır və Təpə Xudaya inşa edilmişdir. Takistan Tehrandan Avropaya gedən yolun üstündə yerləşir və əyalətin kənd təsərrüfatının mərkəzidir.
2010-cu ildə Qəzvin ostanında əhalinin ana dilinə əsasən etnik tərkibi[6] [7] | ||||
---|---|---|---|---|
etnik qrup | nisbəti | |||
Azərbaycanlılar | 61.00% | |||
Fars dillilər | 18.00% | |||
Tatlar | 15.00% | |||
Lurlar və Ləklər | 5.00% | |||
Digər | 1.00% |
2006-cı ildə aparılmış siyahıya almanının nəticələrinə əsasən ostanın əhalisi 1.143.200 nəfər , urbanizasiya isə 68,05%- dir.[8] Ostan əhalisini əsasən azərbaycanlılar[9][10][11] (Əhalinin 70% ya 75%-i)[12][13][14][15][16][17][18][19], qismən fars dillilər az sayda tatlar, giləklər, lurlar və ləklər təşkil edir.[20] Etnologue[21]-a əsasən: Qəzvin ostanı Ramand bəxşinin (2006 s.a.-na əsasən əhalisi 18,054 nəfər) əhalisini tati dilində-daha doğrusu bu dilin Takistani dalektində danışan əhali təşkil edir. Onlar etnik cəhətdən və danışdıqları dilin xüsusiyyətlərinə görə Azərbaycanda və Rusiyanın Dağıstan Respublikasında yaşayan tatlardan fərqlidirlər.[21]
Qəzvin ostanı inzibati cəhətdən 6 şəhristana ayrılır:[30]
Qəzvin və Takistan şəhər və bölgələri bütün vilayətin tanınmış turizm mərkəzlərindəndir. İnkişaf etdirilmiş nəqliyyat yolları, telekommunikasiya vasitələri, rahat mehmanxanaları, yüksək səviyyəli servisi turizm üçün əlverişli şərait yaratmışdır. Hər bir turist buranı tərk edəndə özü ilə yadigar olaraq suvenirlər: əl xalçaları, keramik əşyalar və s aparır.
İran haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |