Qabil Abbas oğlu Rüstəmov (16 dekabr 1968, Eyvazalılar, Jdanov rayonu) — 2008-2021-ci illərdə "Lent.az" informasiya agentliyinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti[1], Pressklub.az saytının baş redaktoru
Qabil Abbasoğlu | |
---|---|
Qabil Abbas oğlu Rüstəmov | |
Doğum tarixi | (56 yaş) |
Doğum yeri | Eyvazlılar, Beyləqan rayonu |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Gəncə Kənd Təsərrüfatı İnstitutu |
Fəaliyyəti | jurnalist |
Mükafatları |
![]() |
Qabil Abbasoğlu 1968-ci il dekabr ayının 16-da Beyləqan rayonunun Eyvazalılar kəndində dünyaya gəlib.
1975-1985-ci illərdə orta məktəbdə təhsil alıb. 1986-cı ildə Gəncə Kənd Təsərrüfatı İnstitutuna qəbul olub. 1992-ci ildə mühəndis-mexanik ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildən "Yeni Müsavat" qəzeti ilə əməkdaşlıq edərək, jurnalist fəaliyyətinə başlayıb.
İxtisasım mühəndislikdir. Kənd təsərrüfatı institutunu qırmızı diplomla bitirmişəm. Kənd təsərrüfatı institutunu seçməyim isə o sahəyə marağımdan irəli gəlməmişdi, məni yaxından tanıyanlar bilir. Tarix-hüquq sahəsinə hazırlaşan biri ay yarım ərzində sənədləri cırıb-atır və bu ixtisasa qəbul olur. Amma ixtisasım üzrə bir gün belə işləməmişəm.[2] |
1992-ci ildə AzərTAc-ın Gəncəbasar İnformasiya mərkəzinin baş redaktoru olub. 1993-cü ildən fəaliyyətini Bakıda - "Cümhuriyyət", "Müxalifət" və "Yeni Müsavat" qəzetlərində baş redaktorun müavini, şöbə redaktoru kimi davam etdirib.
2005-ci ilin yanvar ayına qədər "Yeni Müsavat", həmin ilin fevral ayında isə "Gün-səhər" qəzetlərində müvafiq olaraq, baş redaktorun müavini və baş redaktor kimi fəaliyyət göstərib[1].
2008-ci ilin iyun ayında Lent.az saytının rəhbəri vəzifəsinə təyin olunub[1].
2021-ci ildən Pressklub.az saytının baş redaktorudur.
Ailəlidir, iki oğlu var.