. Love.az

Qadir Ismayilzade - Wikipedia - Love.az

Ana Səhifə - Qadir Ismayilzade
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Qadir İsmayıl oğlu İsmayılzadə (5 yanvar 1929, İrəvan – 24 noyabr 1998) — İmişli Rayon Komitəsinin birinci katibi.

Qadir İsmayılzadə
Azərbaycan Kommunist Partiyası İmişli Rayon Komitəsinin birinci katibi
1978 – 1988
Şəxsi məlumatlar
Doğum tarixi 5 yanvar 1929(1929-01-05)
Doğum yeri
  • İrəvan, İrəvan qəzası, Ermənistan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 24 noyabr 1998(1998-11-24) (69 yaşında)
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1956–1991)
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji İnstitutu (–1949)
Fəaliyyəti siyasətçi

Təltifləri
"Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni

Həyatı

redaktə

Qadir İsmayılzadə 1929-cu il yanvar ayının 5-də İrəvan şəhərində anadan olmuş, 1949-cu ildə indiki N.Tusi adına APU-nun filologiya fakültəsini bitirərək təyinatla İmişli rayonuna göndərilmişdir. O, İmişli rayon xalq maarifi şöbəsinin müdiri vəzifəsinədək yüksəlmişdir.

Qadir İsmayılzadə 1971-ci ildən partiya işinə göndərilmiş, İmişli Rayon Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Q.İsmayılzadə iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, iki dəfə "Şərəf nişanı" ordeni ilə, respublika Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunmuşdur.

İki çağırış Ali Sovetin deputatı seçilmişdir. XI çağırış Ali Sovetə 254 nömrəli Qaradonlu seçki dairəsindən deputat seçilmişdir.

Qadir İsmayıl oğlu İsmayılzadə uzun sürən xəstəlikdən sonra 1998-ci il noyabr ayının 24-də vəfat etmişdir.

İmişli rayon icra hakimiyyətinin başçısının 14 mart 2001-ci il tarixli 71 saylı Sərəncamı ilə rayonun mərkəzi küçələrindən birinə Qadir İsmayılzadənin adı verilmişdir.

İstinadlar

redaktə
  • Qadir İsmayilzadə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qadir_İsmayılzadə&oldid=7159391"
LOVE.AZ