Qadsden bayrağı (ing. Gadsden flag) — sarı bir sahə üzərində dolanmış və hücuma hazır bir zolaqlı zınqırovlu ilanın təsvir edildiyi[1][2] tarixi ABŞ bayrağı. Zolaqlı zınqovlı ilanın aşağısında "DONT TREAD ON ME"[a][b] sözləri yazılmışdır. Bayraq ABŞ generalı və siyasətçisi Kristofer Qadsdenin şərəfinə adlandırılmışdır. Qadsden bu bayrağı ABŞ İstiqlal müharibəsi zamanı – 1775-ci ildə tərtib etmişdir.
Qadsden bayrağı | |
---|---|
![]() |
|
Təfərrüatlar | |
![]() |
|
Proporsiya | təyin edilməyib |
Dizayn | Üzərində bayraq dirəyinə doğru baxan dolanmış bir zolaqlı zınqırovlu ilan, ilanın altında "DONT TREAD ON ME" yazısı yerləşdirilən sarı bir banner. |
Dizayner | Kristofer Qadsden |
![]() |
Zolaqlı zınqırovlu ilan orijinal On üç koloniya ərazisində yaşayırdı. Onun Amerika koloniyaları üçün bir simvol olaraq istifadəsi Bencamin Franklinin publikasiyalarına qədər gedib çıxır. O, 1751-ci ildə ilk dəfə "Pennsylvania Gazette" qazetində dərc etdiyi bir satirik şərhdə zolaqlı zınqırovlu ilana istinad etmişdir. İttiham edilmiş cinayətkarlara Amerikaya göndərmək Böyük Britaniyanın bir siyasəti idi. Buna görə də Franklin təklif etmişdir ki, amerikalılar onlara Böyük Britaniyaya zolaqlı zınqırovlu ilanlar göndərərək təşəkkür etsinlər.[4]
Franklin Fransa və hindi müharibəsi zamanı, 1754-cü ildə özünün məşhur səkkiz yerə kəsilmiş ilan təsvirini dərc etmişdir. Bu, koloniyalarını təmsil edirdi. Burada Yeni İngiltərə ilanın başı, Cənubi Karolina isə ilanın quyruğu olaraq göstərilmişdir. İlanın altında "Join, or Die" (azərb. Ya qoşul, ya da öl) yazılmışdır. Bu, ABŞ qəzetində yayımlanmı ilk siyasi karikatura idi.
Amerikadakı koloniyalar Böyük Britaniya imperiyasının bir vassalı olmaq fikri yerinə, öz icmaları və azadlıq anlayışlarına doğru yönəlirdilər. Amerikaya xas olan təsvirlər getdikcə populyarlaşırdı. Zolaqlı zınqırovlu ilan ağbaş qartal və Amerika hindiləri kimi Amerika qayələri və cəmiyyətini simvolikləşdirirdi.[5][6]
İlan ABŞ inqilabı qaçınılmaz bir səviyyəyə çatdığı bir dövrdə koloniyaların əsas simvoluna çevrilirdi. 1773-cü ildə Pol Revir Franklinin tanınmış karikaturasını İsayya Tomasın "Massachusetts Spy" qəzetinin başlıq hissəsinə yerləşdirmişdir. İlan burada Böyük Britaniyanın simvolu olan qrifon ilə vuruşurdu.[8] 1775-ci ilin dekabr ayında Bencamin Franklin "Pennsylvania Journal" jurnalında "American Guesser" (azərb. Amerikalı yozucu) psevdonimi altında bir esse nəşr etmişdir. Bu essede vurğulanmışdır ki, zolaqlı zınqırovlu ilan amerikan ruhunu təmsil etmək üçün yaxşı bir simvol idi.
Zolaqlı zınqırovlu ilan simvolu ilk dəfə rəsmi şəkildə 1778-ci ildə Kontinental Konqres tərəfindən, Müharibə Departamentinin Möhürü olaraq qəbul edilmişdir.[c] Möhürün mərkəz hissəsinin yuxarısında zolaqlı zınqırovlu ilan təsviri var. Bu ilan üzərində "This We'll Defend" (azərb. Biz bunu müdafiə edərik) yazılan bir banner daşıyır.
1775-ci ilin payızında general Corc Vaşinqton ABŞ Kontinental Donanmasını təsis edir və özünü bütün kontinental qüvvələrin ali baş komandan təyn edir. İlk vaxtlarda yeddi gəmidən ibarət olan donanma adətən "Vaşinqton kreyserləri" (azərb. Washington Cruisers) adlandırılırdı və "Azadlıq ağacı bayrağı"nı (azərb. Liberty Tree Flag) dalğalandırırdı. Bu bayraqda yaşıl bir şam ağacı təsvir olunmuş və "Cənnətə müraciət et" (azərb. Appeal to Heaven) deyimi yazılmışdır.[9]
Polkovnik Kristofer Qadsden konqresdə Cənubi Karolina ştatını təmsil edirdi. O, Donanma Komitəsinin yeddi üzvündən biri idi. Onlar ABŞ-nin ilk hərbi dəniz əməliyyatını planlaşdırırdılar.[10]
Qadsden ilk əməliyyatın 1775-ci ilin dekabr ayında həyata keçirilməsindən əvvəl donanmanın yeni təyin edilmiş ali baş komandanı kommodor Esek Hopkinsə sarı zolaqlı zınqırovlu ilan bayrağını verir ki, onun rəhbərlik etdiyi flaqman gəmisinin özəl bir ştandartı olsun. Bu bayraq gəminin əsas bayraq dirəyindən asılmışdı.[10] Hopkins donanmanın rəhbəri təyin edilməzdən əvvəl Providens Qəsəbəsinin Artilleriya Qatarının Birləşmiş Kampaniyanılarına rəhbərlik etmişdir. Bu hərbi birləşmənin 1775-ci ildə istifadə edilən bayrağında zolaqlı zınqırovlu ilan təsviri və "Do Not Tread on Me" (azərb. Məni tapdalama) yazısı var idi. Bayraqda həmçinin, sarı bir sahə üzərində bir lövgər, toplar və "In God We Hope" (azərb. Biz tanrıya ümid bağlayırıq) yazısı var idi.[11] Hopkinsə verilən yeni bayraq əvvəlki bayrağın sadələşdirilmiş bir versiyası idi.
Qadsden bu bayrağın başqa bir kopyasını Çarlston şəhərində yerləşən Cənubi Karolina Konqresinə vermişdir. Cənubi Karolinanın konqres jurnallarının 9 fevral 1776-cı il tarixli qeydində yazılmışdır:
Polkovnik Qadsden konqresə qəşəng bir ştandart təqdim etmişdir, hansı ki, eynisi ABŞ Donanmasının ali baş komandanı tərəfindən istifadə edilir. Bu, sarı bir sahədən, mərkəzində nəzərində hücum etmək olan bir zolaqlı zınqırovlu ilanın canlı bir təsvirindən və onun aşağısında "Don't tread on me" yazısından təşkil olunub.[12]
|
ABŞ-nin ilk bayraqlarından biri hesab edilən Qadsden bayrağı daha sonra Ulduzlar və Zolaqlar ilə dəyişdirilmişdir. ABŞ İstiqlal müharibəsi sona çatdıqdan bəri ABŞ vətənpərvərliyi, hökumət ilə ziddiyyət və mülki azadlıqların simvoluna çevrilib.
Qadsden bayrağı tarixi səbəblərə görə Cənubi Karolina ştatının Çarlston şəhərində dalğalandırılır. Kristofer Qadsden tərtib etdiyi bu bayrağı ilk dəfə bura təqdim etmişdir və bu bayraq ABŞ İstiqlal müharibəsi dövründə daim dalğalandırılmışdır.
Qadsden bayrağı bəzi ştatlarda avtomobil qeydiyyat nişanlarından çox istifadə edilir.
2018-ci ildə əldə edilmiş məlumatlara görə, Alabama, Arizona, Merilend,[13] Missuri, Montana,[14] Oklahoma, Cənubi Karolina, Tennesi,[15] Texas və Virciniya[16][17] ştatları Qadsden bayrağını avtomobil qeydiyyat nişanlarına əlavə etmək imkanını yaradır.