. Love.az

Qafan Hava Limani - Wikipedia - Love.az

Ana Səhifə - Qafan Hava Limani

Qafan Hava Limanı (erm. Կապան օդանավակայան) və yaxud Qafan uçuş zolağı — Ermənistan Respublikasının Sünik mərzinin mərz mərkəzi Qafan şəhəri yaxınlığında yerləşən 1991-ci ildən fəaliyyətsiz olan mülki hava limanı.[1][2]

Qafan Hava Limanı
Xəritə

39°12′10″ şm. e. 46°27′15″ ş. u.HGYO


IATA: YUK – ICAO: UDCK
Məlumat
Hava limanı tipi mülki
Ölkə
  •  Ermənistan
Yeri Ermənistan Ermənistan, Sünik mərzi, Qafan
Bağlanma tarixi 1991[1]
Sahibkar Ermənistan Mülki Aviasiya Baş Departamenti
Dəniz səviyyəsindən
hündürlüyü
+4,835 ft / +1,474 m
Xəritə
YUK (Ermənistan)
Nöqtə
YUK
Uçuş-enmə zolaqları
İstiqamət Uzunluq Səth
ft m
30/12 6,555 1,998 asfalt-beton

Yaxın gələcəkdə hava limanının bərpa olunacağı, İrəvan və Batumiyə uçuşların təşkil olunacağı planlaşdırılır.[1][3]

Tarixi

redaktə

Sovet dövründə istifadəyə verilən hava limanında Qarabağ müharibəsindən öncə Yak-40, An-14 vasitəsilə yerli uçuşlar və yükdaşımalar həyata keçirilirdi. Hava limanının fəaliyyətini dayandırmasının əsas səbəbi Azərbaycan Respublikası sərhədinə yaxın ərazidə Qubadlı rayonu ilə sərhəddə, aktiv müharibə ocağının yaxınlığında yerləşməsi və tez-tez atəşə tutulması idi.[1][4]

1,998×45 m ölçülərində asfalt-beton səthə malik olan hava limanının uçuş zolaqları 12/30 istiqamətindədir.

Ermənistan Mülki Aviasiya Komitəsinin rəhbəri Tatevik Revazyan Qafan aeroportunun 2019-cu ildə açılacağını bildirib. Əsaslı təmir və tikinti işlərinin aparılması üçün Qafan Hava Limanına $2 mln-dan artıq vəsait xərclənib.[5] Lakin 2021-ci ilə kimi aeroport hələ də istifadəsiz qalmaqda davam edir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Arka News Agency. "Kapan airport in southern Armenia likely to resume operation" (eng). arka.am. 25/11/2013. Archived from the original on 2017-02-07. (#apostrophe_markup)  (ing.)
  2. ↑ Our Airports: Kapan Airport www.ourairports.com Arxivləşdirilib  (ing.)
  3. ↑ Kapan airport to return to service? 20. dekabr 2013 www.news.am Arxivləşdirilib  (ing.)
  4. ↑ Armenia's Southern Kapan airport may restart operations Arxivləşdirilib 2018-07-02 at the Wayback Machine 29. avqust 2013 www.arka.am Arxivləşdirilib  (ing.)
  5. ↑ "Mülki Aviasiya Komitəsinin rəhbəri Qafan aeroportunun fəaliyyət müddətini açıqlayıb". 2019-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.
Hava limanı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qafan_Hava_Limanı&oldid=7378993"
LOVE.AZ