. Love.az

Qafar Kendli - Wikipedia - Love.az

Ana Səhifə - Qafar Kendli

Qafar Kəndli Herisçi (tam adı: Qafar Əli oğlu Herisçi; 1923, Təbriz – 24 may 1997, Bakı) — Azərbaycan ədəbiyyatşünası və ictimai xadimi, filologiya elmləri doktoru.

Qafar Kəndli
Qafar Əli oğlu Herisçi
Doğum tarixi 1923
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 24 may 1997(1997-05-24)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Uşağı
  • Həmid Herisçi
İş yeri
  • Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Təhsili
  • Bakı Ali Partiya Məktəbi,
  • Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu (–1956)

Həyatı

redaktə

Qafar Əli oğlu Herisçi (Qafar Kəndli) 1923-cü ildə Təbriz şəhərində anadan olmuşdur.[1] Bakı Ali Partiya Məktəbini və Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmişdir. 1941–46 illərdə Cənubi Azərbaycanda baş verən siyasi proseslərin fəal iştirakçısıdır. 1951-ci ildə Nizami adına Ədəbiyyat İnstitunun aspiranturasına daxil olub. 1956-cı ildə o, "1941–46-cı il Cənubi Azərbaycan ədəbiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1968–72-ci illərdə atam "Sadıq bəy Əfşar" və "Hacı Zeynalabdin Şirvani" mövzusunda iki monoqrafiyasını İnstitut rəhbərliyinə təqdim edib. 1973–80-ci illərdə professor Qafar Kəndli "Zərdüşt, Avesta və Azərbaycan", "Xaqani Şirvaninin münşəatı", "İbn Sina və Azərbaycan ədəbiyyatı", "Nəsrəddin Tusi və Azərbaycan" kimi mövzularda 27 elmi məqaləri xarici mətbuatlarda çap olunub. 1980-ci ildən ömrünün sonunadək AMEA Ədəbiyyat İnstitutunun "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri vəzifəsində çalışmışdır.[1][2]

1984-cu ildə Xacə Nəsirəddin Tusinin "Tənsuqnameyi-elxani" (Cavahirnamə) əsərini, 1987-ci ildə isə İ. Şəms ilə birgə Məhəmmədəli Tərbiyatın "Danişməndani-Azərbaycan" Azərbaycan dilinə tərcümə etmişdir.

Xaqani Şirvaninin tədqiqatçılarındandır. "Xaqani Şirvani (həyatı, dövrü, mühiti)" adlı fundamental əsərin, "Xaqani Şirvaninin münşəatı" elmi məqaləsinin müəllifidir. Xaqaninin "Töhfətül-İraqeyn" əsərinin elmi-tənqidi mətnini çapa hazırlamışdır. SSRİ və İran mətbuatında çap edilmiş onlarla elmi əsərin müəllifidir. 1997-ci ildə "Xaqani Şirvani" (həyatı, dövrü və mühiti) əsəri fars dilinə çevrilərək Tehranda çap edilmiş, ali məktəb dərsliyi kimi istifadə olunmağa başlamışdır.[1]

1997-ci ilin iyulun 12-də Bakıda dəfn olunub.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "Atalar və övladlar - Həmid Herisçi: "Atamı Təbrizə yola salırdıq ki, keçindi"". modern.az. 2017-07-17. İstifadə tarixi: 2024-09-07.
  2. ↑ "Qafar Kəndli". haqqinda.az. 2013-01-16. 2017-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  3. ↑ Eldaroğlu, Elman. "Əliağa Vahidin haqqında şeir yazdığı dostu". modern.az (az.). 2019-07-12. İstifadə tarixi: 2024-01-26.

Xarici keçidlər

redaktə
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qafar_Kəndli&oldid=8073559"
LOVE.AZ