. Love.az

Qafar Ragib - Wikipedia - Love.az

Ana Səhifə - Qafar Ragib

Qafar Rağib (1 noyabr 1818, Şamaxı – 30 noyabr 1891, Şamaxı) — Azərbaycanlı şair.

Qafar Rağib
Doğum tarixi 1 noyabr 1818(1818-11-01)
Doğum yeri
  • Şamaxı
Vəfat tarixi 30 noyabr 1891(1891-11-30) (73 yaşında)
Vəfat yeri
  • Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Fəaliyyəti şair
Üzvlüyü
  • Beytüs-səfa

Mündəricat

  • 1 Həyatı
  • 2 Əsərləri
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Hicri təqvimlə 2 məhərrəm 1234-cü ildə (miladi təqvimlə 1 noyabr 1818) Şamaxıda anadan olmuşdur.[1]

Qafar Rağibin atasının adını F. Köçərli "Məhəmməd Zayid",[2] Mir Möhsün Nəvvab və Seyid Əzim Şirvani isə "Məhəmməd Said" kimi göstərmişdir.[3][4]

Qafar Rağibin həyatı haqqında ətraflı məlumat yoxdur. Doğulduğu şəhərdə təhsil almış, daha sonra ticarətlə məşğul olmuşdur.[5] 1860-cı illərdə Şamaxıda təşkil edilən Beytüs-səfa adlı şeir məclisinin üzvlərindən olmuşdur. Hicri təqvimlə 27 rəbiülaxir 1309-cu ildə (miladi təqvimlə 30 noyabr 1891) Şamaxıda vəfat etmişdir.[6]

Əsərləri

redaktə

Qafar Rağibin şeirlərinin az bir hissəsi günümüzə gəlib çıxmışdır. Köçərli, Qafar Rağibin şeirlərinin 1902-ci ildə Şamaxıda meydana gələn böyük zəlzələdə itib-batdığını qeyd edir.[7] S. Ə. Şirvaninin təzkirəsində Qafar Rağibin beş qəzəli qeyd edilmişdir.[8]

İstinadlar

redaktə
  1. ↑ F. Köçərli, "Azərbaycan ədəbiyyatı", II cild, "Avrasiya press", Bakı, 2005, səh. 99.
  2. ↑ F. Köçərli, "Azərbaycan ədəbiyyatı", II cild, "Avrasiya press", Bakı, 2005, səh. 99.
  3. ↑ Mir Möhsün Nəvvab, "Təzkireyi-Nəvvab", (nəşrə haz. Ə. Bağırov), Azərnəşr, Bakı, 1995, səh. 548
  4. ↑ Seyid Əzim Şirvani, "Əsərləri", III cild, (nəşrə haz. S. Rüstəmov), Elm, Bakı, 1974, səh. 119.
  5. ↑ Seyid Əzim Şirvani, "Əsərləri", III cild, (nəşrə haz. S. Rüstəmov), Elm, Bakı, 1974, səh. 119–121.
  6. ↑ F. Köçərli, "Azərbaycan ədəbiyyatı", II cild, "Avrasiya press", Bakı, 2005, səh. 99.
  7. ↑ F. Köçərli, "Azərbaycan ədəbiyyatı", II cild, "Avrasiya press", Bakı, 2005, səh. 99.
  8. ↑ Seyid Əzim Şirvani, "Əsərləri", III cild, (nəşrə haz. S. Rüstəmov), Elm, Bakı, 1974, səh. 119–121.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qafar_Rağib&oldid=7251286"
LOVE.AZ