Qafqaz İsgəndəriyyəsi (q.yun. Αλεξάνδρεια στον Καύκασο) — Hinduquş dağlarının cənub ətəklərində, Paropamisadahda yerləşən ellin şəhəri.
Şəhərin əsası e.ə. 329-cu ilin martında Əhəmənilər imperiyasının Qəndəhar satraplığının paytaxtının yerində Makedoniyalı İskəndər tərəfindən qoyulmuş, burada 7 min nəfər makedoniyalı, 3 min nəfər muzdlu döyüşçü, bir neçə min nəfər aborigen məskunlaşdırılmışdır[1]. Şəhərin Qafqaz İsgəndəriyyəsi adlandırılmasının səbəbi qədim dövrlərdə Hindiquşun Asiya Qafqazı kimi tanınması ilə bağlıdır.
E.ə. II-I əsrlərdə Qafqaz İsgəndəriyyəsi "Alasandra" adı ilı Hind-yunan çarlığının[2] paytaxtlarından biri idi. Hökmdar sarayında buddizm dini yüksəliş dövrünü yaşayır, monarxların əksəriyyəti yunan dilində danışırdılar. Şri-Lankada belə hesab edirdilər ki, Anuradhapurda[3] böyük Budda məbədinin əsasının qoyulmasında 30 min monarx iştirak etmişdir.
Qafqaz İsgəndəriyyəsinin yerini arxeoloqlar dəqiq müəyyən edə bilməmişlər. Alimlərin əksəriyyəti Qafqaz İskəndəriyyəsinin xarabalıqlarını Kabuldan 45 km. şimalda Baqram şəhərinin yaxınlığında axtarırdılar[4]. Pakistanlı arxeoloqların tədqiqatlarına əsasən Qafqaz İsgəndəriyyəsi müasir Çarikar[5] şəhəridir.