. Love.az

Qafqaz Ilankolgesi - Wikipedia - Love.az

Ana Səhifə - Qafqaz Ilankolgesi

Qafqaz ilankölgəsi (lat. Ferula caucasica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, prioritet növüdür. Regional IUCN Statusu: VU D2.

Qafqaz ilankölgəsi
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Kampanulidlər
Dəstə:
Çətirçiçəklilər
Fəsilə:
Çətirkimilər
Yarımfəsilə:
Apioideae
Triba:
Scandiceae
Yarımtriba:
Ferulinae
Cins:
İlankölgəsi
Növ:
Qafqaz ilankölgəsi
Beynəlxalq elmi adı
  • Ferula caucasica
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı

Mündəricat

  • 1 Qısa morfoloji təsviri
  • 2 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 3 Yayılması
  • 4 Sayı və tendensiyası
  • 5 Məhdudlaşdırıcı amillər
  • 6 Mühafizə tədbirləri
  • 7 İstinadlar
  • 8 Həmçinin bax

Qısa morfoloji təsviri

redaktə

Çoxillik ot bitkisidir, gövdənin boyu 50 sm-dir. Kökətrafı yarpaqları enli-rombvaridir, üçərbölümlüdür, son ayaları bölünmüş iti dişciklidir, uzunluğu 2 sm-dir. Ləçəkləri sarı, uzunsov-yumurtavaridir, çılpaqdır, uzunluğu 2,5 mm-ə yaxındır. Kənarları qanadlı olan meyvələri nisbətən nazikdir. Mərkəzi çətir qısasaplaqlı, 4-9 şüalıdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Çiçəkləmə və meyvəvermə may ayında olur. Kserofit bitkidir, aşağı dağ qurşaqlarında, quru dərələrdə bitir. Kərəvüzkimilərin Ferula caspica, Bupleurum exaltatum, Daucus carota, Scandix pecten-veneris, Astrodaucus orientalis növləri ilə birgə assosiasiyada qeydə alınmışdır.

Yayılması

redaktə

Bozqır yaylasında yayılmışdır. (Ağdaş rayonu), Kiçik Qafqazın şimal hissəsi (Samux rayonu — Bozdağ silsiləsi), Kür-Araz ovalığı (Qobustan qayaları).

Sayı və tendensiyası

redaktə

Populyasiyanın məhdud sahələrdə yayılması və mənfi təsirlərə məruz qalması azalma tendensiyasını sürətləndirir. 

Məhdudlaşdırıcı amillər

redaktə

Antropogen amillər və iqlimdir. 

Mühafizə tədbirləri

redaktə

Populyasiyaları təhlükə altında olduğundan qorunması vacibdir. 

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qafqaz_ilankölgəsi&oldid=6871210"
LOVE.AZ