. Love.az

Qalaca Samilqala - Wikipedia - Love.az

Ana Səhifə - Qalaca Samilqala

Şamilqala və ya sadəcə Qalaça — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə inşa olunmuş qala.

Qalaça
Xəritə
41°29′ şm. e. 47°07′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Qax
Yerləşir İlisu
Aidiyyatı Şamil hərəkatı
Tikilmə tarixi XVII—XVIII əsrlər
Material çay daşı
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.4550
KateqoriyaQala
ƏhəmiyyətiYerli əhəmiyyətli
Qalaça (Azərbaycan)
Nöqtə
Qalaça
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qala XIX əsrin 50-ci illərində dağlıların milli azadlıq hərəkatının rəhbəri Şeyx Şamilə qarşı aparılan hərbi əməliyyatlarda müşahidə təyinatlı istehkam kimi ruslar tərəfindən inşa etdirilmışdir. El arasında "gözətçi qala" kimində deyilir[1][2]

Dairəvi formada inşa olunan qalaçanın diametri 7,4 metrə yaxındır. Çay daşı və əhəng məhlulu ilə tikilmiş qalaçanın ətrafı boyunca atəş açmaq və müşahidə aparmaq üçün mazğallar vardır. Qalaçada İlisuya gələn bütün yolları müşahidə etmək, eləcə də nəzarətdə saxlamaq mümkündür. Kənddən qalaçaya araba yolu salınmışdır. Qalaça tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Şamil qalasının xarabalıqlarından Dağıstanla Azərbaycan arasında son yaşayış məntəqəsi olan Sarıbaş kəndi görünür.

Bu tip qalalar daha bir neçə yüksəklikdə inşa edilmişdir. Bir çoxları günümüzə qədər gəlib çıxa bilməmişdir.

İstinadlar

redaktə
  1. ↑ Şahmərdan Əhmədli. İlisu sultanlığının süqutu. Qax: 1994
  2. ↑ H. Əzimov, Ş. Əhmədov. Qax abidələri. Bakı: 1998

Həmçinin bax

redaktə
  • Qax abidələri (film, 2001)
  •  
    Qalaçaya aparan dağ yolu
  •  
    Qalaçanın qarşı dağdan görünüşü
   Abidə ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qalaça_(Qax)&oldid=7058457"
LOVE.AZ