. Love.az

Qalabeyovlar - Wikipedia - Love.az

Ana Səhifə - Qalabeyovlar

Qalabəyovlar — Azərbaycan xalqının soylarından biri.

Qalabəyovlar
Titul Bəy
Əcdadı Hacı Lazım bəy Xıdırlı
Mənşəyi Qarabağ, Şuşa
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası

Mündəricat

  • 1 Soyun yaranması
  • 2 Soyun tanınmış nümayəndələri
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Soyun yaranması

redaktə

Bu soyun nümayəndələri öncə Xıdırlı-Otuziki soyadını daşıyırdılar. Soyun ulu babası Hacı Lazım bəy Xıdırlı İbrahimxəlil xan Cavanşirin saray adamlarından sayılırdı. Divan gənəşiyində onun sözü keçərliydi. Məhəmmədxan bəy Hacılı-Cavanşirdən sonra Şuşa qalasının komendantı olmuşdu. Qala komendantı Qarabağ xanlığında qalabəyi adlanırdı.

Hacı Lazım bəy Xıdırlı-Otuzikinin törəməsi rus üsul-idarəsi dövründə Qalabəyov soyadını qəbul etdi.

Soyun tanınmış nümayəndələri

redaktə
  • Məhəmməd bəy Otuziki — XVIII əsr Qarabağ bəyi, tayfa başçısı, Şuşa şəhərinin komendantı.
  • Kərim bəy Qalabəyov — Difai Partiyasının Cavanşir qəzası Bərdə komitəsinin rəhbəri.
  • Abış bəy Qalabəyov — Şuşa qəzası rəisi (1918).

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu. Qalabəyovlar. ATŞC-nin xəbərləri, Bakı: 2003.

Həmçinin bax

redaktə
  • Qarabağ
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qalabəyovlar&oldid=7164015"
LOVE.AZ