. Love.az

Qan Turali Yazici - Wikipedia - Love.az

Ana Səhifə - Qan Turali Yazici

Qan Turalı (Tural Oqtay oğlu Cəfərov; 1984, Əli-Bayramlı) — Azərbaycan yazıçısı, jurnalist.[1]

Qan Turalı
Doğum tarixi 1984
Doğum yeri
  • Əli-Bayramlı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti jurnalist, yazıçı

Həyatı

redaktə

1984-cü ildə Azərbaycan SSR-nin Əli Bayramlı şəhərində anadan olub. 2001-ci ildə Bakı Özəl İqtisadiyyat litseyini bitirib. 2005-ci ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsinin fəlsəfə ixtisasının bakalavriatını, 2007-ci ildə BDU-nun sosial fəlsəfə üzrə magistraturasını bitirib.[2]

2005-ci ildən bədii yaradıcılıqla məşğul olur. "Elektronik sevdalar" adlı şeir kitabı 2006-cı ildə çap edilib. İlk irihəcmli nəsr əsəri "Çiyələkli gecənin pornoqrafiyası" adlı uzun hekayəsi "Alatoran" jurnalının 13-cü nömrəsində çap edilib. 2011-ci ildə "Mustafa" romanı], 2012-ci ildə "Polis qorxusuyla öpüşmək" adlı esselər toplusu çap edilib. 2014-cü ilin may ayında hekayələri "Doqquz hekayə" adı ilə çap olunub.

"Mustafa" romanı 2011-ci ildə "Əli və Nino" kitab mağazalarında ayın ən çox satılan kitabı seçilib.

"Ədalət", "525-ci qəzet", "Reytinq" qəzetlərində çalışıb. Abzas.net adlı internet jurnalının qurucusu və redaktoru olub. "Azadlıq" qəzetinin köşə yazarı (2006-2011) kimi çalışıb.

2011-ci ildən Kulis.Az internet jurnalının baş redaktoru olub.

Azərbaycan Dillər Universitetinin Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimidir.

Kitabları

redaktə
  • "Elektronik sevdalar" (şeirlər) — 2006-cı il
  • "Mustafa" (roman) — 154 səhifə, 2011-ci il
  • "Polis qorxusuyla öpüşmək" (esselər) — 2012-ci il
  • "Doqquz hekayə" — 2014 [3]
  • "Fələk qırmancı" — 2016 [4]
  • "Ayna" — 2019

İstinadlar

redaktə
  1. ↑ "Microblog. Qan Turalı". issoabbas.wordpress.com. İstifadə tarixi: 2023.10.11.
  2. ↑ "Qan Turalı". www.goodreads.com. İstifadə tarixi: 2023-10-11.
  3. ↑ "Qan Turalı "Doqquz hekayə"ini təqdim etdi... - MANERA". Manera.Az (az.). İstifadə tarixi: 2023-10-11.
  4. ↑ Qan Turalının "Fələk qırmancı" romanının imza günü keçirilib
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qan_Turalı_(yazıçı)&oldid=7962143"
LOVE.AZ