İçalatçı[1] və ya Qarındeşən[2] Cek (ing. Jack the Ripper) — 1888-ci ilin ikinci yarısında Uaytçapeldə və Londonun ətraf rayonlarında cinayətlər törədən naməlum qatilə və ya qatillərə verilmiş şərti addır. Cek adı Mərkəzi polis bürosuna qətli törətdiyini iddia edən bir şəxsin göndərdiyi məktubdan götürülmüş və London qəzetlərində cinayət işlərilə bağlı nəşr olunan yazılar sayəsində məşhurlaşmışdır.
Qarındeşən Cek | |
---|---|
Aaron Kosminski | |
![]() 1888-ci ilin 13 oktyabr tarixində Londonda nəşr olunmuş Qarındeşən Cek təsviri. | |
Digər adı | Uaytçapel qatili |
Doğum tarixi | |
Doğum yeri | Polşa,Klodava |
Vəfat tarixi | (53 yaşında) |
Vəfat yeri | London |
Vəfat səbəbi | Adi ölüm |
Dəfn yeri | London |
Atası | Abram Jozef Kozminski |
Anası | Golda nee Lubnowska |
Milliyyəti | Yəhudi (Polşalı Yəhudi qarışığı təxmin edilir) |
Fəaliyyəti | Seriyalı qatil Bərbər |
![]() |
Hamısı fahişə olan qurbanlardan beşinin eyni adam tərəfindən öldürüldüyü rəsmən öz təsdiqini tapmışdır. Ancaq Qarındeşən Cekin törətdiyi güman olunan təxminən iyirmiyə yaxın cinayət vardır. [3][4]Cek qeyb olduğuna görə bu cinayətlərin heç birinin üstü açılmamışdır. Bu gün ingilis detektivlər və elm adamları müasir texnologiyanın köməyilə həmin cinayətlərin üstünü açmağa çalışırlar. Günümüzə qədər çatmış tək fiziki dəlil, qurbanlardan birinə aid olduğu iddia edilən şaldır.
Qarındeşən Cek (ing. Jack the Ripper) 1888-ci ildə İngiltərənin London şəhərinin Uaytçapel bölgəsində fəaliyyət göstərmiş anonim və məşhur seriyalı qatil olaraq tanınır[5]. Qarındeşən Cek, öz dövründə həyata keçirdiyi dəhşətli cinayətlərlə tanınmış və tarixdə ən çox müzakirə edilən kriminal fiqurlardan biri olmuşdur.[6]
Cek 1888-ci ilin avqust və noyabr ayları arasında ən azı beş qadını vəhşicəsinə qətlə yetirmişdir. Bu qadınların hamısı kasıb şəraitdə yaşayan və fahişəliklə məşğul olan şəxslər idi.[7] Onların meyitləri bədənlərində ağır yaralarla tapılmış və bu yaralar cinayətkarın çox qətiyyətli, peşəkar və soyuqqanlı olduğunu göstərmişdir. Qarındeşən Cek adını qurbanlarının bətnlərini parçalama və ya çıxarma kimi qəddar metodlarla öldürdüyünə görə qazanmışdır.[8]
Cinayətlər ictimaiyyət arasında böyük panika yaratmış və mətbuatda geniş işıqlandırılmışdır. Xüsusilə, ingilis qəzetləri cinayətlərin təfərrüatlarını dəhşət və sensasiya ilə təsvir edərək, Cekin "məktublar" yazdığını və polisə müraciət etdiyini iddia etmişdir. Bu məktubların ən məşhuru "Cəhənnəmdən" (ing. From Hell) məktubudur; məktubda cinayətkar olduğunu iddia edən şəxs öz qanlı əməllərini təsvir etmiş və məzəli şəkildə polisə meydan oxumuşdur.[9] Lakin məktubların əksəriyyəti sonradan saxta hesab olunmuş və real olaraq Cek tərəfindən yazılıb-yazılmadığı aydınlaşdırılmamışdır.
Qarındeşən Cekin kimliyi ilə bağlı müxtəlif nəzəriyyələr olsa da, [10]o dövrdə aparılan istintaq nəticəsində şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. XX əsrdən başlayaraq Cekin kimliyi ilə bağlı çoxlu fərziyyələr və araşdırmalar aparılmış, hətta bəzi insanlar onun haqqında romanlar, filmlər və sənədli filmlər çəkmişdir. Bəzi versiyalara görə, cinayətkar bir cərrah, aristokrat, yaxud xarici əsilli bir şəxs ola bilərdi. Lakin onun kimliyi hələ də sirr olaraq qalır, və bu gün Qarındeşən Cek dünya kriminal tarixində ən sirli və maraq doğuran şəxslərdən biri olaraq tanınır.
Cekin fəaliyyəti və kimliyi ətrafında olan müəmmalı xüsusiyyətlər bu günədək insanlarda maraq doğurmaqda davam edir və o, “heç vaxt tutulmayan” seriyalı qatil kimi tanınır.[11]
Aaron Kosminski Polşada anadan olub. Atası Abram Jozef Kozminski dərzi idi. Anası Golda nee Lubnowska evdar qadın idi. 1881-ci ildə O ailəsi ilə birlikdə İngiltərəyə köçdü. Onun psixiologiyasında problemlər var idi. Qarındeşən Cek hadisələrində şübhəli olsa da, psixi durumu səbəb alınaraq Qarındeşən Cek olmadığı əsas gətirilmişdir.
Son cinayəti işləməsindən 126 il sonra qatilin şəxsiyyəti müəyyənləşdi. Həm də bizə gəlib çatmış son dəlil olan şal bu sirri açmağa əsas səbəb olmuşdur.
DNT mütəxəssisi Jari Louhelaynen 1988-ci ildə İngiltərənin paytaxtı Londonda işlənmiş cinayəti araşdırmağa başlayır. Məşhur mütəxəssis silsilə qətllər törətmiş Qarındeşən Cek tərəfindən öldürülən Katerina Eddovesin qanlı şalı üzərində etdiyi testlər nəticəsində qatilin Polşadan olan mühacir, bərbər Aaron Kosminski olduğunu müəyyən edib.
İş adamı Rassıll Edvardsın 2007-ci ildə İngiltərədəki hərrac evlərinin birindən satın aldığı şalı araşdıran alim İngiltərənin "Mail on Sunday" qəzetinə bildirib: "Əldə etdiyim nəticədə şübhəyə yer yoxdur".
Qeyd edək ki, Londonun şərqindəki Uaytçapel şəhərində bir bərbər dükanı işlədən Kosminski "Skotland Yard" tərəfindən sorğulanan şübhəlilərdən biri idi. Ruhi xəstə olan Kosminski kifayət qədər dəlil olmaması səbəbi ilə sərbəst buraxılmışdı.
Vikianbarda Qarındeşən Cek ilə əlaqəli mediafayllar var. |