. Love.az

Qaracohre - Wikipedia - Love.az

Ana Səhifə - Qaracohre

Qaraçöhrə (lat. Taxus) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin qaraçöhrəkimilər fəsiləsinə aid bitki cinsi.

Qaraçöhrə
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
Sərvlər
Dəstə:
Sərvlər
Fəsilə:
Qaraçöhrəkimilər
Cins:
Qaraçöhrə
Beynəlxalq elmi adı
  • Taxus L., 1753[1][2][…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  194882
NCBI  25628
EOL  15111

Mündəricat

  • 1 Botaniki xarakteristikası
  • 2 Azərbaycanda yayılması
  • 3 Yaşayış mühiti
  • 4 Təsərrüfat əhəmiyyəti
  • 5 Sinonimləri
    • 5.1 Heterotipik sinonimləri
  • 6 Növləri
  • 7 İstinadlar
  • 8 Həmçinin bax

Botaniki xarakteristikası

redaktə

Hündürlüyü 18 (20) m-ə qədər və diametri 60-80 (100) sm olan ağac və ya böyük koldur.Qabığı boz çalarlı qırmızı-qonur rəngdə olub,hamar və ya lövhəşəkillidir. Yarpaqları xətvari, yastı, uzunluğu 2-4 sm, eni 1,8-2 mm-dir, üst tərəfdən tünd-yaşıl,parlaq, alt tərəfdən solğun rəngli, tutqun, kənarları az qatlanmış formadadır. Dişicikli qoza təkdir, əsasında bir neçə cüt pulcuqşəkilli yarpaqlarla əhatə olunmuşdur. Meyvələri qırmızı rəngli və şarşəkillidir,yuxarı hissədə açıqdır. Toxum ətrafında iki örtük vardır; daxili örtük oduncaqlaşan və xarici örtük isə ətli, parlaq tünd-qırmızı rənglidir, (yalançı giləmeyvə) şirəlidir və şirin dadı vardır. Mart ayında çiçəkləyir, mart-aprel aylarında meyvə verir.

Azərbaycanda yayılması

redaktə

BQ qərb, BQ şərq, BQ (Quba), KQ şimal, KQ mərkəzi, KQ cənub, (Şuşa) Lənk. dağ. Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər (d.s.y.1900 m).

Yaşayış mühiti

redaktə

Qaranlıq meşələrdə qarışıq formada rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

redaktə

Dekorativ bitkidir.Yarpaqlarından xalq təbabətində dərman kimi istifadə edilir. Oduncağı bir çox məmulatların (xarrat, çilingər, mebel və s.) hazırlanması üçün yüksək qiymətləndirilir.

Sinonimləri

redaktə

Heterotipik sinonimləri

redaktə
  • Verataxus J.Nelson

Növləri

redaktə
  • Giləmeyvəli qaraçöhrə (Taxus baccata L.)
  • Qısayarpaq qaraçöhrə (Taxus brevifolia Nutt.)
  • Taxus calcicola L.M.Gao & Mich.Möller
  • Kanada qaraçöhrəsi (Taxus canadensis Marshall)
  • Çin qaraçöhrəsi (Taxus chinensis (Pilg.) Rehder)
  • Taxus contorta Griff.
  • İtiuclu qaraçöhrə (Taxus cuspidata Siebold & Zucc.)
  • Florida qaraçöhrəsi (Taxus floridana Nutt. ex Chapm.)
  • Taxus florinii Spjut
  • Taxus globosa Schltdl.
  • Taxus mairei (Lemée & H.Lév.) S.Y.Hu
  • Taxus wallichiana (Taxus wallichiana Zucc.)

İstinadlar

redaktə
  1. ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 462. doi:10.5962/BHL.TITLE.746
  2. ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1040.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qaraçöhrə&oldid=7883544"
LOVE.AZ