. Love.az

Qara Sam - Wikipedia - Love.az

Ana Səhifə - Qara Sam

Qara şam (lat. Pinus nigra) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.

Qara şam
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
İynəyarpaqlılar
Dəstə:
İynəyarpaqlılar
Fəsilə:
Şamkimilər
Yarımfəsilə:
Pinoideae
Cins:
Şam
Növ:
Qara şam
Beynəlxalq elmi adı
  • Pinus nigra J.F.Arnold, 1785
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  183364
NCBI  58042
EOL  1061736

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Azərbaycanda yayılması
  • 4 Sinonimləri
    • 4.1 Homotipik sinonimləri
  • 5 Yarımnövləri
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Arealı

redaktə

Təbii şəraitdə Alp, Karpat dağları və Balkan yarımadasında dəniz səviyyəsindən 1100–1400 m yüksəkliklərdə qarışıq və təmiz meşəliklər yaradır.

Botaniki xarakteristikası

redaktə

Hündürlüyü 20–40 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri piramidalıdır, yaşlandıqca çətiri tədricən oval şəkil alır. Gövdəsinin qabığı qalın, qara-boz, dərin yarıqlı, qeyri-bərabər çatlıdır. İki-üçillik zoğları tünd-qonur və ya tünd-bozdur, qınların xırda yarpaqları açıq-sarıdır. İynəyarpaqları uzun (8–14 sm), tünd-yaşıl, parlaq olmaqla budaqda cüt-cüt yerləşir, duz və ya bir az əyilmiş, bəzən burulmuşdur. Qısa saplaqlı qozalar budaqlarda üfüqi (8x3 sm) yerləşir, sarı-qonur, parlaqdır, uzunluğu 5–8 sm və qalınlığı 3–5 sm-dir, üçüncü il yetişir, ağacın üzərində 4–5 il qalır. Toxumları parlaq, tünd-bozumtul rənglidir, uzunluğu 4–6 mm olub, 1000 ədəd toxumun çəkisi 14 qr-dır. Toxum qabıqlarının apofizləri yuxarı kənarında yumrudur. Sıx iynəyarpaqlaırna və gövdənin tünd rənginə görə adi şama nisbətən daha qaranlıq, kölgəli əkinlər üçün yararlıdır. Şaxtaya və quraqlığa davamlıdır, işıqsevəndir, küləyə, tüstüyə, qaza, kölgəyə dözə bilir. Rütubətə, torpağa az tələbkardır. Əhəngli torpaqlarda intensiv boy atır. Uzunömürlüdür, 500–600 ilə kimi yaşayır. Xarici mühitə tez uyğunlaşması və dekorativliyi yaşıllaşdırmada daha geniş istifadə olunmasına şərait yaradır.

Azərbaycanda yayılması

redaktə

Azərbaycanda Lənkəranda və Abşeronda bağlarda, yol kənarlarında rast gəlinir.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Pinus laricio subsp. nigra (J.F.Arnold) K.Richt.
  • Pinus laricio var. nigra (J.F.Arnold) Engelm.
  • Pinus nigricans subsp. nigra (J.F.Arnold) Cif. & Giacom.

Yarımnövləri

redaktə
  • Pinus nigra subsp. dalmatica (Vis.) Franco
  • Pinus nigra subsp. laricio Palib. ex Maire
  • Pinus nigra subsp. nigra
  • Pinus nigra subsp. pallasiana (Lamb.) Holmboe
  • Pinus nigra subsp. salzmannii (Dunal) Franco
  • Pinus nigra f. seneriana (Saatçioglu) Kandemir & Mataraci
  • Pinus nigra var. yaltirikiana Alptekin

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qara_şam&oldid=8108176"
LOVE.AZ