. Love.az

Qara Mehmed Pasa 1828 - Wikipedia - Love.az

Ana Səhifə - Qara Mehmed Pasa 1828

Qara Mehmed Paşa (ö. 1828) — Osmanlı sultanı II Mahmud dönəmində kaptan-ı dərya olan dövlət xadimi.

Qara Mehmed Paşa
Osmanlı kaptan-ı dəryası
ƏvvəlkiNasuhzadə Əli Paşa
SonrakıQoca Hüsrəv Mehmed Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi 1828
Uşağı Mahmud bəy
Rütbəsi Admiral

Nüseyri əsilli olub, saraya alınmışdır. Yüksələrək baş qapıçı, topçubaşı və sipahilər ağası olaraq xidmət etdi. 1821-ci ilin iyununda vəzir rütbəsi aldı. 20 aprel 1822-ci ildə kaptan-ı dərya təyin edilsə də, həmin ilin 9 dekabrında vəzifədən alındı və Ankara valiliyinə göndərildi. Çox keçmədən 1823-cü ilin noyabrında vəzifədən alınaraq Limni adasına sürgün edildi. 1828-ci ildə orada vəfat etdi. Əyyubsultanda dəfn edilmişdir. Mahmud bəy adlı oğlunun olduğu bilinir.

Mənbə

redaktə
  • Sicill-i Osmani IV cild, səh. 33.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qara_Mehmed_Paşa_(1828)&oldid=7070229"
LOVE.AZ