. Love.az

Qara Piri Bey Qacar - Wikipedia - Love.az

Ana Səhifə - Qara Piri Bey Qacar

Qara Piri bəy Qacar (XV əsr – XVI əsr) — ilk Qarabağ bəylərbəyi (1501-1512), Səfəvi ordusunun komandanı. Zeynalabidin Əli "Təkmilət ül-Əxbar" əsərində yazır ki, göstərdiyi igidliyə görə "Tozqoparan" ləqəbini almışdır.

Qara Piri bəy Qacar
Qarabağ bəylərbəyliyi
1501 – 1512
Əvvəlkitəsis edilib
SonrakıHüseyn bəy Ustaclı
Şəxsi məlumatlar
Doğum tarixi XV əsr
Vəfat tarixi XVI əsr
Uşağı Rüstəm bəy Qacar

"Qızılbaşlar tarixi" müəllifinin qeyd etdiyinə görə, Qara Piri bəy Qacar 1512-ci ildə Nəcmi Sani ilə birlikdə Qicduvanda öldürülmüşdür.[1]

I Şah Təhmasibin şahlığı dönəmində Muğan və Arasbara, yəni Qaradağın şərq hissəsinə Bəyazid sultan Bəydili-Şamlı başçılıq edirdi. Qaradağ sufiləri əsasən qərb yörələrdə hakim təyin edilirdilər. Qaradağ sufilərindən bizə bəlli olan ilk əmir Ənsar xəlifədir. Ənsar xəlifə uzun illər Qaradağ vilayətinin hakimi olmuşdu.

Həmçinin bax

redaktə
  • Qarabağ bəylərbəyliyi

İstinadlar

redaktə
  1. ↑ "Qızılbaşlar tarixi". Tərcümə və şərhlər M.Ə.Məhəmmədinindir. Bakı, 1993
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qara_Piri_bəy_Qacar&oldid=7922826"
LOVE.AZ