Qara Yetim (ing. Orphan Black) — ssenarist Qrim Anson və rejissor Con Fauket tərəfindən yaradılmış elmi fantastika trilleri teleserialıdır. Baş rolda Tatyana Maslani çəkilib və o eyni adamın fərqli klonlarını oynayıb. Serial Sara Manninqin bir gün öz klonu Elizabet Çildsin ilə rastlaşdıqdan sonra Elizabetin intihar etməsindən sonrakı hadisələr ətrafında cərəyan edir. Həmçinin insanların klonlaşdırılmasıvə bunun şəxsiyyət dəyişiminə səbəb olması serialın əsas mövzularındandır.[1]
Qara Yetim | |
---|---|
Orphan Black | |
![]() | |
![]() | |
Janr | |
İlk baxış tarixləri | 30 mart 2013 |
Prodüser |
Aleks Levin Kleir Velland Tatiana Maslani Aubri Nealon |
Yaradıcısı |
Qrim Manson Con Faukel |
Rollarda |
|
Bəstəkar | Trevor Yuil |
İstehsalçı ölkə |
![]() |
İl | 2013 |
Studiya |
Temple Street Productions BBC America Bell Media |
Dil | İngiliscə |
Növü | Teleserial |
Mövsüm sayı | 5 |
Seriya sayı | 50 |
Seriya vaxtı | 43 dəqiqə |
Davametmə müddəti | 30 mart 2013- 12 avqust 2017 |
Telekanal |
Space (Kanada) BBC America (ABŞ) |
IMDb | ID2234222 |
orphanblack.space.ca | |
![]() |
Serial Temple Street Productions-ın disterbutorluğu ilə BBC America və Bell Media’s Space-in birgə əməkdaşlığı ilə hazırlanıb.[2] Serialın premyerası Kanadada 30 mart 2013-cü ildə Space kanalında, Birləşmiş Ştatlarda isə eyni tarixdə BBC America kanalında baş tutdu.[3][4] 7 may 2015-ci ildə 10 serialı 4 mövsüm sifariş edildi[5] və 14 aprel 2016-cı ildə yayımlandı.[6] Həmin ilin 16 iyun tarixində serial 5-ci və sonuncu 10 serialı mövsüm üçün yeniləndi[7] və 10 iyun 2017-ci ildə yayımlanacağı bildirildi.[8][9][10]
Serial ticarət sənəti ilə məşğul olan Sara Manninqin bir gün metroda öz Doppelqanqeri olan Bet Çildsin intiharına şahid olması ilə başlayır. Qadının ona oxşamasından istifadə edən Sara onun intihar etməzdən əvvəl atdığı çantasını götürərək özünü onun kimi qələmə verir və əslində o qadının polis rəisi olduğu məlum olur. Sonradan Sara öyrənirki özü əslində klondur və özünün Şimali Amerikada eləcə də Avropada çoxlu klonları var. Hansısa təşkilat isə onları bir-bir öldürməyə çalışır. Saraya sonradan məlum olurki onlrı öldürən şirkət elə onlrı yaratmış eyni təşkilatdır. Sara digər klonlarıda taparaq bütün bu düyünləri həll etməyə çalışır.