. Love.az

Qarabag Xan Sarayi Deqiqlesdirme - Wikipedia - Love.az

Ana Səhifə - Qarabag Xan Sarayi Deqiqlesdirme
Qarabağ xan sarayı sözü bir çox mənada istifadə olunur.
Lazımi mənanı dəqiqləşdirmək üçün bu səhifədəki siyahıdan istifadə edin.

Qarabağda xan ailəsi üzvlərinə məxsus saraylara verilən ümumi addır. Bu ad daha çox Pənahəli xanın sarayına aid edilsə də, bəzən xan ailəsinə aid digər saraylar da belə adlandırılırdı.

  • Qarabağ xan sarayı və ya Pənahəli xanın sarayı — Şuşa qalasının cənub-şərq hissəsində yerləşən saray kompleksidir. Qarabax xanlarının əsas iqamətgahı olmuşdur.
  • İbrahimxəlil xan sarayı — Şuşa qalasında yerləşmiş tarixi saray olmuşdur. Dövrümüzə çatmamışdır.
  • Qaraböyük xanım sarayı — Şuşa qalasının cənub-şərq hissəsində yerləşən saraydır. 1768-ci ildə inşa edilmişdir. Yaxşı vəziyyətdə XX əsrə kimi çatmışdır.
  • Məhəmmədhəsən ağa sarayı — Şuşa qalasının cənub-şərq hissəsində yerləşən saraydır. İbrahimxəlil xanın oğlu Məhəmmədhəsən ağa üçün inşa edilmişdir. Ağaməhəmməd şah Qacar Şuşada olduğu vax bu sarayda yaşamış və öldürülmüşdür.
  • Xan qızı Natəvanın evi — Şuşada Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın sifarişi ilə inşa edilmiş saraydır.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qarabağ_xan_sarayı_(dəqiqləşdirmə)&oldid=6595748"
LOVE.AZ